İranda teatr işçiləri baş örtüyündən imtina etdilər
İran teatr işçiləri hicabdan imtina ediblər. Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
İranlı teatr xadimləri Həmid Purazəri, Suheyla Qolestani və digərləri “Instagram” hesablarında baş örtüklərini çıxartdıqlarını əks etdirən video yayımlayıblar.
Onlar bu videonu “Qadın, həyat, azadlıq” və “Biz hamımız birlikdəyik” həştəqləri ilə paylaşıblar. “Şou bitəcək və həqiqət üzə çıxacaq. Saysız-hesabsız yollar var və yeni gün üçün çoxlu ümidlər var”, - deyə onlar qeyd ediblər.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"