Azərbaycanlıların etirazları bəhrə verdi
Sülhməramlılar iriçaplı silahları yığışdırdılar
Xankəndi-Şuşa yolunda azərbaycanlı ekofəalların qarşısını kəsən Rusiya sülhməramlılarının iriçaplı silahları yığışdırılıb.
Versus.Az xəbər verir ki, ekofəalların etirazlarından sonra pulemyotlar sülhməramlı hərbçilərin üzərindən götürülüb.
Xatırladaq ki, Azərbaycanın ekoloji sahə üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının üzvləri Xankəndi-Şuşa yolunda etiraz aksiyası keçirirlər. Azərbaycanlı ekofəallar Azərbaycan ərazilərindəki sərvətləri qanunsuz istismar olunmasına etiraz edirlər.
Aksiya iştirakçıları sülhməramlıların komandanı Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər.
Andrey Volkov hələ də əraziyə gəlməyib, onun əvəzinə etiraz edən azərbaycanlıların qarşısına çıxan polkovnikin isə sərxoş olduğu üzə çıxıb.
Hadisə yerində “Real” TV-nin əməkdaşı ilə rusiyalı hərbçi arasında gərginlik yaşanıb.
Rusiyalı hərbçi jurnalistin peşə fəaliyyətinə maneə yaratmaq istəyib.
Jurnalist isə ona “bura mənim torpağımdır” deyə cavab verib.
Sonra Aksiya iştirakçıları əsgərlərdən biri ilə erməni dilində danışıb. Həmin hərbi qulluqçu isə onlara ermənicə cavab verib.
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...