Emre Aşık FETÖ terror təşkilatının üzvüdür

17:13 28-01-2019 | icon 435 | İdman
Emre Aşık FETÖ terror təşkilatının üzvüdür

 

Türkiyə milli komandasının sabiq futbolçusu Emre Aşık FETÖ terror təşkilatının üzvüdür. 

 

Versus.Az  "report"a istinadən xəbər verir ki, belə bir iddia ilə keçmiş müdafiəçinin həyat yoldaşı Yağmur Aşık çıxış edib. Y.Aşık ərinin 2018-ci il dekabrın 5-də həmin təşkilata üzv olduğunu Taksim Polis Mərkəzinə bildirib. Lakin iddiaçı qismində çıxış etmək istəməyən xanım polis mərkəzindən ayrılıb. Y.Aşıkın bu addımı hüquq-mühafizə orqanı tərəfindən qeyd olunaraq İstanbul Cümhuriyyet Baş Prokurorluğuna göndərilib. Emre Aşıkın FETÖ üzvü olub-olmadığını müəyyənləşdirmək üçün araşdırma başlayıb.

E.Aşık və həyat yoldaşı 2018-ci il noyabrın 12-də İstanbul Ailə Məhkəməsinə müraciət edərək razılıq əsasında boşanmaq istədiklərini bildiriblər. Lakin bir müddət sonra Y.Aşık razılaşmalı olaraq boşanmaqdan imtina etdiyini və protokolu azad iradəsi ilə imzalamadığını bildirərək növbəti dəfə məhkəməyə müraciət edib.

Qeyd edək ki, Emre Aşık 1993 - 2010 illərdə Türkiyə millisində çıxış edib. Ölkəsində "Qalatasaray", "Fənərbağça" və "Beşiktaş" komandaların formasını geyinmiş sabiq müdafiəçi 2002-ci ildə Türkiyə yığması ilə dünya üçüncüsü, 2008-ci ildə isə Avropa üçüncüsü olub. O, 2000-ci ildə "Qalatasaray"ın heyətində UEFA Super Kubokunu da qazanıb.   

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR