"İran bunu anlamalıdır”

14:24 11-02-2023 | icon 405 | Geopolitika
"İran bunu anlamalıdır”

Şair Ramaldanov: “İranın Azərbaycana qarşı hərbi addım atmağa gücü yoxdur”

 

 “İranın Ermənistanla birləşərək Azərbaycana hücum etmək niyyəti reallaşa bilməz. İran ərazisində yaşayan 40 milyon azərbaycanlının da gücünü nəzərə almalıdır. Digər tərəfdən, bu gün İran Zəngəzur dəhlizinin açılmasına imkan verməyəcəyini deyirsə, unutmamalıdırlar ki, o yol Ermənistan ərazisindən keçir. Bu ölkə isə 9 bənddən ibarət olan üçtərəfli sazişə imza atıb və o bəndlərdən biri də Zəngəzur yolunun açılmasını tövsuh edir”

 

Versus.az xəbər verir ki, bunu  hərbi ekspert Şair Ramaldanov son günlər İranla Ermənistanın bir olub Laçına, Qubadlıya hücum planı hazırlaması ilə bağlı açıqlamasında bildirib.

 

Ekspert hər bir məsələ ətrafında müxtəlif ehtimalların yaranmasını mümkün hesab etsə də, bir çox hallarda məntiq və real şəraitlə reallaşmasının mümkün görünmədiyini qeyd edib:

 

“İran islam dövlətidir və Azərbaycanla dərin əlaqələri var. Bu gün bu iki dövlət arasında yaranan soyuqluq Ermənistanın və İranda olan ermənipərəst qrupların bölgədə gərginliyi yaratmaq üçün apardığı hibrit müharbə elementlərindən istifadə edərək göstərdiyi səylər nəticəsində baş verib. İranın müəyyən mərhələlərdə Azərbaycanla münasibətlərində müəyyən soyuqluq yaransa da, sonradan dövlətlər bir-biri ilə tapıb məsələləri həll ediblər. Yəqin ki, İran bunu anlamalıdır”.

 

Ş.Ramaldanov eyni zamanda İranda 40 milyon azərbaycanlının olması faktına diqqət çəkib. Ekspert bunu əsas faktor kimi önə çəkərək, əhalisinin yarıdan çoxu azərbaycanlı olan İranın belə müharibə addımı ata bilməsini real saymayıb. Onun fikrincə, bu fakt İranın özü üçün kamikadze dronlarına bərabərdir:

 

“Digər tərəfdən, İranın digər qonşu dövlətlərə də dostluq əlaqələri yaxşı deyil. Hazırda İran yalnız Ermənistanla isti münasbət qurub. Burda da müəyyən faktorlar var. İranda olan müəyyən ermənilər və ermənipərəst insanlar öz maraqları müstəvisində şəbəkə yaradıb, öz nümayəndələrini müəyyən vəzifələrə yerləşdirə biliblər”.

 

Hərbi ekspert Ermənistanın ümumiyyətlə müharibə aparmaq üçün heç bir gücə sahib olmadığını qeyd edib:

 

“Ermənistanın ordusu dağılıb, sənaye, iqtisadi potensialı məhv olub, sosial problemlər həddən artıqdır, daxildə siyasi qarşıdurma var. Bütün bunları nəzərə alsaq, əslində belə Ermənistan İran üçün lazım deyil. Ermənistan İrana ancaq yük ola bilər”.

 

Ş.Ramaldanov Azərbaycanın müasir, müharibədən uğurla çıxmış, daim öz döyüş potensialını artıran ordusuna diqqət çəkib:

 

“Azərbaycanın yanında güclü, NATO üzvü olan Türkiyə kimi dövlət var. İran bilir ki, müharibə edərsə yanımızda Türkiyəni görəcək. İran Azərbaycan-Türkiyə birliyi ilə qarşılaşmaq istəməz. Hələ Azərbaycanla dostluq əlaqələri olan digər islam ölkələrini demirəm. Eləcə də İsrail, ABŞ İranın molla rejiminin çökməsini istəyir və bu isitiqamətdə işlər gedir. Bütün bunları nəzərə alaraq, ermənilər və onların havadarları hücum istəyi ilə bağlı hansısa fikir söyləsələr də, reallıqdan uzaqdır. Bunun həyata keçmə ehtimalı yox səviyyədədir”.

 

Ekspert qeyd edib ki, Azərbaycanın Ali Baş Komandanı, prezident İlham Əliyev müdrik siyasət apararaq sülhə, əminəmanlığa çağırış siaysəti nəticəsində İranın da bu soyuqluğa son qoymasına nail olacaq:

 

“İran haqsızlıq etdiyini bilir. Şübhəsiz ki,  Azərbaycan rəhbərliyi İranla münasibətlərini Azərbaycanın maraqlarına uyğun aparacaq. Çünki Azərbaycanın siyasəti qonşuluğa, sülhə yönəlib. Azərbaycan heç bir dövlətə işğal niyyəti ilə baxmır. Azərbaycan öz haqq işinin marağındadır. Azərbaycanın haqq işi isə öz həllini tapacaq. Ortada 9 bənddən ibarət üçtərəfli bəyannamə var və Ermənistanın götürdüyü öhtəliklər var. Ola bilər ki, İranın Zəngəzur dəhlizi ilə bağlı müəyyən fikirləri ola bilər. Amma Zəngəzur Ermənistan ərazisindən keçir. Ermənistanın baş naziri həmin sənədə imza atıb, cavabdehlik daşıyır. Bütünlüklə hazırda İranın Azərbaycana qarşı hərbi addım atmağa əsası yoxdur, real deyil”. /hafta.az/

 

Tahirə Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR