“Səddam dövründə İraqda türkmən olmaq suç idi” - MÜSAHİBƏ

19:56 31-01-2019 | icon 592 | Cəmiyyət
“Səddam dövründə İraqda türkmən olmaq suç idi” - MÜSAHİBƏ

 

Riyaz Sarıkahya: “Bu gün isə Cümhurbaşkanı sarayında da türkmanca danışa bilərsən....”

 

 

VI YAZI

 

(əvvəli ötən sayda)

 

- Riyaz bəy, verdiyiniz bütün müsahibələrdə, açıqlamalarda deyirsiniz ki, ərəblər, kürdlər də bizim qardaşlarımızdır və biz bu torpaqlarda insanca yaşamaq istəyirik. Əslində bu çox gözəl bir istəkdir. Belə qardaşça yaşamaq mümkündürmü?

 

- Bilirsinizmi, bir İraq vətəndaşı, bir ərəb hansı haqlara sahibdirsə, biz də öz haqlarımıza sahib olmaq istəyirik. Yönətimdə, idarəetmədə də ortaq olmaq istəyirik. Hazırda İraqdakı, özəlliklə də Bağdaddakı partiyaların türkmanlara baxışı, münasibəti yaxşıdır, olumludur. Bütün bunları demək lazımdır. Səddam Hüseyn dönəmi ilə müqayisəedilməzdir. Amma baxış, münasibət yetərli deyil. Türkmanların sıxıntıları var, bizim torpaqlarımıza qəsb edildi. Yenə də qeyd deirəm, Səddam dönəmində türkman torpaqlarının bir çoxu ərəbləşdirildi, kürdləşdirildi. Səddamdan sonra Kərkükün idarəedilməsi kürd partiyalarına, kürdlərə keçdi. Bir il yarım öncə bütün vəzifələr kürdlərin nəzarətində idi. Təkrar demək istəyirəm ki, biz kürdlərlə qardaşıq, heç bir sıxıntımız yoxdur. Ancaq bəzi siyasi partiyalarla sıxıntılarımız var. Onlar Kərkükdə idarəetməni əllərinə alandan sonra heç də adil davranmadılar.

 

- Riyaz bəy, söhbətinizdən belə nəticəyə gəlmək olur ki, iki xalq arasında heç bir problem, sıxıntı yoxdur. Siyasətə gəlincə, məsələ heç də ürəkaçan deyil, əksinə mürəkkəbdir.

 

- Kəsinliklə, xalqlarımız arasında heç bir problem yoxdur. Belə deyək, kürd siyasətçilərin türkmanlara qarşı yanlışlıqları, etdikləri xətalar kürd xalqının adına baglandı. Təbii ki, biz də belə hadisələrin baş verməsini istəmirik. Biz aramızdakı güvənin təzələnməsinin tərəfdarıyıq. Türkmanlar, kürdlər, ərəblər bir işbirliyi qursunlar və barış içərisində yaşayaq. Bilirsiniz ki, İraqda zaman-zaman məzhəb qarşıdurmaları da oldu. Biz bu bölgəni, Türkmənelini, Kərkükü sözügedən qarşıdurmadan uzaq tutmağa çalışdıq. Həmd olsun ki, bunu da bacardıq. Türkmənelində məzhəbçilik problemi yoxdur. Amma İraqın güneyində, orta bölgələrdə ciddi anlamda böyük sıxıntılar yaşandı.

 

Təbii ki, biz İraqın vətəndaşlarıyıq. Ötən əsrin əvvəllərində, daha dəqiq 1918-ci ildə ingilislər İraqı Osmanlıdan ayırıb, işgal etdilər. 1920-ci ildə təşkil edilən San Remo konfransı ilə ingilis mandatına verildi. O gündən tarixə diqqət çəksək görərik ki, ayrı-ayrı dönəmlərdə İraqda heç də adil idarəetmə olmadı. Bu da ona gətirib çıxardı ki, biz öz torpaqlarımızda mutlu ola, rahat yaşaya bilmədik. Bunun da ən “pik nöqtəsi” Səddam Hüseyn dönəmidir. Onun hakimiyyətdə olduğu illərdə türkmanların yaşadığı faciələrin, soyqırımların, edamların, zülmlərin miqyası heç nə ilə ölçülə bilməz. Türkmanlar işə götürülə bilməzdi, övladlarına türk adları verə bilməzdilər, hətta İraqdan kənara çıxa bilməzdilər, ticarətlə məşğul olmaq yasaq idi. Səddamın türkman siyasətinin öncəliklərinin əsasında bizi ata-baba yurdlarımızdan köç etdirmək, tarixi yerlərimizi məhv etmək , yurdlarımızı ərəbləşdirmək və kürdləşdirmək dayanırdı. Biz buna görə nə ərəbləri, nə də kürdləri günahlandırmırıq.

 

- Riyaz bəy, söhbət zamanı bir ağrılı faktı da vurğuladınız ki, Səddam dövründə türkmanlara hər şey qadağan olunmuşdu. Amma Səddam Hüseyn hakimiyyəti müharibələr zamanı türkman insanlarını, türkman gənclərini önə qoyardı, savaşa ilk türkmanlar gedərdi.

 

- Dogru, Səddam dönəmində İraq çox savaşlar yaşadı, öndə də həmişə türkmanlar olurdu. Biz o zamanlar İraq hakimiyyətinə, Səddam rejiminə müxalifətdə olduğumuz üçün ölkə xaricində yaşayırdıq. Müharibələrdə döyüşən əsgər qardaşlarımız bizə çox ağrılı hadisələr danışırdılar. İraq-İran müharibəsi zamanı qarşı qarşıya döyüşən əsgərlər arasında türkmanlar və İranda yaşayan Azərbaycan türkləri də var idilər. Onların sözlərinə görə əsir düşən İran əsgəri öz dilimizdə su istəyəndə, türkman ona yardımçı olmağa çalışanda İraq hakimiyyəti həmin əsgəri suçlayar, cəzalandırardı. Türkman əsgərinin ürəyi sızlayırdı, amma əlindən heç nə gəlmirdi, çünki Səddam diktator idi. Eləcə də, İraq əsgərləri, yəni türkmanlar əsir düşəndə oradakı azərbaycanlı qardaşlarımız yardım edirlərmiş. Milli duyğular hər şeydən önə keçirmiş. Təbii ki, İraq tərəfindən əsir düşən türkman əsgəri Səddam hakimiyyəti adil olmayan bu savaşlara məcburi göndərirdi.

 

- Dediniz ki, keçmiş cümhurbaşkanı Təlabani ilə belə bir çox məsələləri türkmanca müzakirə edirdiniz, danışırdınız. Səddam dönəmində isə türkman olmaq belə suç idi.

 

- Səddam dönəmində qeyd etdiyim kimi, İraqda tükrman olmaq suç idi, nəinki türkmanca danışmaq. Bu gün isə Cümhurbaşkanı sarayında türkmanca danışa bilərsən, heç kim sənə dönüb nəsə deməyəçək.

Biz rəhmətlik cümhurbaşkanımız Təlabani ilə bir çox şeyləri türkmanca danışırdıq. Başbakanın ofisində də türkmanca danışırdıq. Zaman-zaman İraq parlamentində bir neçə millət vəkilimiz oldu. İraq hökumətində də nazir sayımız 3-ə çıxdı, bəzən 2, bəzən 1 oldu, amma təmsil edildik. Təbii ki, idarəetmədə türkmanlar yüksək mədəniyyət sahibidirlər. Maliki baş nazir olduğu zaman mən ona yazmışdım ki, İraqda müdafiə, daxili işlər naziri məsələsində ərəblərin içində bir çəkişmə var. Bu da məzhəbçilikdən gəlir, şiə və sünnü olmalarından. Əslində, burada müdafiə naziri sünnü, daxili işlər naziri şiə olurdu. Yazmışdım ki, türkmənə versəniz güvən daha çox olar. Çünki türkmanlar arasında məzhəb deyil peşəkarlıq, səviyyə, mədəni idarəetmə, ölkənin güvənliyi, sabitliyi məsələsi öndə gəlir. O zaman  Türkmənistan kökənli türkman nazir vəzifəsinə təyin olundu. Bir nüansı da qeyd edim ki, türkmanların əsgərlik, polis, güvənlik sahəsində peşəkarlıqları çox yüksəkdir.

Hazırda da bizim istəyimiz odur ki, Bağdad da, idarəetmədə bizim də qatkımız, nümayəndələrimiz olsun. Yenə deyirəm, türkmanlar bu ölkənin bərabərhüquqlu vətəndaşlarıdır. Bu ölkə sadəcə ərəblərin, kürdlərin ölkəsi deyil. İraq Anayasasında da İraq xalqını tanıdarkən üçüncü maddədə yazılıb ki, İraq xalqı çeşidli millətlərdən, etnik qruplardan, çeşidli dinlərdən, çeşidli məshəblərdən ibarətdir. Anayasanın girişində qeyd edilib ki, İraq xalqının əsas qrupu ərəb, kürd, türkman, şiə və sünnülərdən ibarətdir. Beş əsas qrupun üçü etnik qrup, ikisi məzhəb olmaqla. Biz bu ölkənin üçüncü böyük millətiyik. Kürdlər hər zaman nazir müavinləri, bir neçə nazir, cümhurbaşkanı postunu tutublar. Məlumdur ki, Kürdüstan hökumətini də qurmağa nail oldular. Hazırda türkmanlar heç bir yönətimə malik deyillər, düzdür, müəyyən qədər qatqımız var, amma bu adil deyil. Kərkük tarixi türkman şəhəridir. Amma keçmişdə vali ərəb oldu, indi də il yarımdır ərəbdır. Amma 13-14 il də kürdlər vali oldular. Bir türkman şəhərində heç vaxt türkman vali olmayıb. Biz təklif etdik ki, bir dönüş edək, Kərkükün valisi iki il ərəb, iki il kürd, iki il türkman olsun. Keçmişdə Türkmənelində ərəb, kürd çox az idi. Səddamın apardığı siyasətdən sonra bu dəyişdi və biz onların varlığını qəbul edirik. Ona görə də belə təklif verdik ki, idarəetmə ortaq olsun 100 də 32-i türkman, eynilə də 100-də 32 ərəblər və kürdlər olsun. 100 də 4-də digər dinlər arasında adil bölünsün. Məsələn, xristianlar və başqaları var. Biz hər kəsin hüququnu qorumalıyıq. Əks təqdirdə siyasi istiqrar mümkün olmayacaq. Siyasi sabitlik olmazsa da, təhlükəsizlik, inkişaf, iqtisadiyyatdan və digər məsələlərdən danışmaq mümkün deyil. Kərkük də sabitlik olmazsa, İraqda da sabitlik olmaz. Çünki İraqın sabitliyinin qıfılı Kərkükə bağlı. Orta Doğudakı sabitliyin də anahtarı İraqa bağlıdır. Biz, bizim partiya bütün fəaliyyətini yalnız barış üzərində qurub. Türkməneli olaraq xalqların qardaş kimi yaşamasının tərəfdarıyiq. Yenə qeyd edirəm, biz həmişə Səddamı suçladıq, ərəbləri deyil, bəzi kürd partiyalarını suçladıq, kürdləri deyil. Səddamın ərəb düşmənləri bizdən daha çoxdur, biz hər şeyin barış, qardaşlıqla çözülməsindən yanayıq.

- Söhbətdən belə anladım ki, Sizin bir Kərkük modeliniz var. Əgər bu model gerçəkləşərsə nəinki Türkmənelində, Kərkükdə, digər bölgələrdə də insanlar barış içəridində yaşayacaq, rahat nəfəs ala biləcəklər.

 

- Hesab edirəm ki, bizim Kərkük modelimiz ideal bir modeldir. Əsas məqsədimiz Kərkükün federal bir bölgə olmasıdır. Kərkük federal bölgəsinin bölgə başkanı, baş bakan, bakanlar kabineti, parlamenti olsun. Bir növü yenə də 100-də 32 təməl ortaqlığı olsun. Vəzifə bölgülərində də iki illik dönüş olsun, yəni iki ildən bir dəyişsin. Təlafərlə bağlı da fikirlərimiz var, Türkmənelinin ən böyük şəhərini vilayətə çevirmək niyyətindəyik. Burada da hər bir vilayaət referendum keçirib, federal bölgə ola bilər. Ən azından bölgələrimizdə, Türkmənelində sabitliyi bərpa etmək ən böyük istəyimizdir.

 

Təbii ki, biz hüquqi, qanuni olaraq İraq vətəndaşlarıyıq, amma Türk dünyasının, Müsəlman dünyasının bir fərdiyik. Yəni vətəndaşlıq baxımından biz İraqla bərabərik, İraqa bağlıyıq, amma kültür, adət-ənənə baxımından Türk dünyasına bağlıyıq. Türk dünyasında da bizə ən yaxın olanı Anadolu və Azərbaycandır. Mən İran azərbaycanlılarını da nəzərdə tuturam. Zatən tarixən bura bir köç olub, ən çox da Azərbaycandan. Kərkük, Erbil türkmanları Azərbaycana daha yaxındırlar, Tülaferdəki türkmanlar Anadoluya. Zatən Türkiyədə də İqdır və digər bölgələr vardır ki, əhalisinin böyük bir hissəsi azərbaycanlılardır. Biz ərəbləri sevirik, hörmət edirik, uzun illər onlarla bir yerdə yaşamışıq, amma biz ərəb deyilik. Təbii ki, onlar da bizi türk olaraq qəbul edir. Bu bölgədə min illik hakimiyyətimiz var. Əməvilərin sonu Abbasilərə, Səlcuqlara, Osmanlı dönəminə qədər, bu torpaqlara yad deyilik. Biz bu torpaqlara türklər yerləşmədən öncə gəldik. Bizdən 150 il sonra Anadolu fəth edildi. Bizim hansi yoldan gəldiyimiz də bəllidir - Azərbaycan üzərindən.

 

- Türkməneli partiyasının yaxın zaman hədəfləri nədir?

 

- Bizim partiyamızın yaxın hədəfləri Türkman bölgələrində, torpaqlarımız üzərində yönətim, idarəetmə sistemi qurmaqdan ibarətdir. Telafərdə türkmən yönətimi, Kərkükdə Kərkük yönətimi, amma türkmanların 3/1 əsas qatılım üzərində, Bağdad da adil təmsil olunmağımızı istəyirik. Hazırda adil deyil. Kürdüstan federal ölkəsində də hazırda təmsilçiliyimiz var, beş millət vəkili, bir bakan. Amma bu da adil deyil, saylar, təmsilçiliyimiz artırılmalıdır. Bizim məqsdimiz bölgəyə yalnız sabitlik gətirməkdir. Və dövlətlərarası əlaqələrin inkişafında, yaxınlaşmasında, işbirliyində də rol oynamaq istəyirik. İraqlaTürkiyə, İraqla Azərbaycan, İraqla İran, İordaniya və digər ölkələrlə əlaqələrdə bizim də xoşməramlı payımız olsun.

 

(Ardı var)

Ağanisə Sultanova
Versus.Az


Bakı – Kərkük – Bağdad – Kərbəla – Nəcəf - Erbil

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı