"Gənc müəllimlər şagirdlərin şəxsiyyətinə hörmət etməlidirlər"

13:42 01-02-2019 | icon 467 | Təhsil
"Gənc müəllimlər şagirdlərin şəxsiyyətinə hörmət etməlidirlər"

 

Müəllimlər məktəbdaxili qiymətləndirməni hansısa bir cəza mexanizmi kimi deyil, şagirdlərin motivasiyasının və marağının artırılması istiqamətində istifadə etməlidirlər.

 

Versus.Az xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov bir qrup gənc müəllimlə görüşündə çıxış edərkən deyib.

Nazirin sözlərinə görə, gənc müəllimlər fəaliyyətlərinin ilk günündən müəllim-şagird münasibətlərinə xüsusi diqqət etməli, şagirdlərlə əməkdaşlıq qurmalı, onların şəxsiyyətinə hörmət etməlidirlər:

 

"Gənc müəllimlər şagirdlərin bilik və maraqlarını təhsilə bağlamaq üçün müasir tədris üsullarından və innovasiyalardan istifadə etməlidirlər. Eyni zamanda fəaliyyət göstərdiyi məktəbdə digər müəllimlərin təcrübəsindən faydalanmalıdırlar. Sadalanan xüsusiyyətlər və gənc müəllimlərin yeniliyə açıqlığı olacağı təqdirdə Azərbaycan məktəblərində gözəl mühitin yaranmasının şahidi olacağıq".

 

C.Bayramov əlavə edib ki, bu günədək 140 mindən çox müəllim diaqnostik qiymətləndirmədən keçirilib.

Ötən 5 il ərzində məktəblərdə aparılan təmir-tikinti işləri nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti yaxşılaşdırılıb, 100 mindən çox müəllimin gündəlik fəaliyyət məkanı tamamilə yeni standartlara uyğun qurulub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı