"Azərbaycan Qoşulmama hərəkatına yeni nəfəs gətirdi"

09:56 02-03-2023 | icon 303 | Siyasət
"Azərbaycan Qoşulmama hərəkatına yeni nəfəs gətirdi"

Aydın Quliyev: “Azərbaycanın Qoşulmama Hərəkatında iştirakı bu təşkilatın nüfuzunun artmasına təsir göstərir” 

 

“Qoşulmama Hərəkatında Azərbaycanın həm adi üzv, həm də sədr kimi fəaliyyəti məzmunludur, konkret istiqamətli və nəticəyönümlüdür. Qoşulmama Hərəkatının strukturlaşması və yaxud da institutlaşmasında  Azərbaycanın olduqca önəmli rolu var”. 

 

Bunu Versus.az-a siyasi şərhçi Aydın Quliyev Azərbaycanın Qoşulmama Hərəkatına daxil olandan sonra təşkilatda baş verən yenilənmələrlə bağlı şərhində bildirib.

 

Onun sözlərinə görə, Qoşulmama Hərəkatının sambalı, reytinqi və dünya proseslərinə təsir göstərmək üçün istifadə etdiyi üsullar son illərdə xeyli dərəcədə zənginləşib və ya daha mükəmməl xarakter alıb:

 

“Qoşulmama Hərəkatının Parlament Assambleyasının yaradılması təşəbbüsünü Azərbaycan irəli sürüb, hərəkat çərçivəsində Covid 19-a qarşı mübarizə ilk dəfə Azərbaycanın təşəbbüsü ilə keçirilib. Qoşulmama Hərəkatı Azərbaycanın təşəbbüskarılığı və müraciəti əsasıda BMT Baş Məclisində Covidə qarşı xüsusi iclası keçirilib. Azərbaycanın təşəbbüsü ilə dünyada vaksin ədalətsizliyənə qarşı mübarizə ilə bağlı bəzi əhəmiyyətli qərarlar məhz BMT-də qəbul olundu. Qoşulmama Hərəkatının dünyanın  başqa beynəlxalq təşkilatları ilə təmaslarının qurulmasında Azərbaycan maraqlı təşəbbüslərin müəllifidir və bu yöndə konkret addımlar atılaraq nəticələr alınıb.  Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində və bu təşkilatın özündə mühitin saflaşmasına təsir göstərib. Azərbaycana qədər Qoşulmama Hərəkatı ya müəyyən platformalar üzrə ya tamamilə, ya da əksər üzvləri eyni mövqedən çıxış edə biliblər.  Azərbaycan Qoşulmama Hərəkatında yeni prinsiplərlə fəaliyyətə başlayandan sonra təşkilatda belə faktların sayı çoxalıb. Bu, Qoşulmama Hərəkatının mütəşəkkil bir təşkilata çevrilməsi yönündə addımlardır. BMT-də hansısa bir qərarın bloklanmasında da Qoşulmama Hərəkatının üzvlərinin eyni mövqedən çıxış etməsi bir faktdiır, bu da üzvlərin vahid ideya ətrafında birləşməsinə, inteqrasiya olunmağa şərait yaradıb. BMT qərarının bloklanması birbaşa Azərbaycanla bağlı olub. Amma belə siyasi həmrəyliyin nümayiş olunması indiyə qədər görünməmiş siyasi həmrəylik institunun möhkəmlənməsindən xəbər verir”.

 

A.Quliyev hesab edir ki, məhz Qoşulmama Hərəkatının üzvlərinin belə jestlərdən sonra öz güclərinə inamları artıb. Onun fikrincə, Qoşulmama Hərəkatının bir təşkilat kimi dünya siyasətində mövqeyinin möhkəmləndirilməsində Azərbaycan Prezidentinin bu mövqeyi xüsusilə təqdirəlayiqdir:

 

“Bu, BMT idarəçiliyində və tərkibində dəyişikliklərin edilməsi, Qoşulmama Hərəkatına sədrin  rotasiya qaydasında BMT Təhlükəsizlik Şurasının daimi üzvləri sırasında təmsil olunması təklifidir. Bu gün Qoşulmama Hərəkatının sədri Azərbaycandır. Ola bilər ki, Azərbaycan sədr olduğu müddətdə BMT Təhlükəsizlik Şurasının sayı, tərkibi dediyimiz istiqamətdə genişlənməsin. Amma daimi üzvlərinin, ümumiyyətlə strukturunun dəyişməsi qaçılmazdır. Burda söhbət Qoşulmama Hərəkatının dünyada BMT sistemində nüfuzunu qaldıran bir təşəbbüsün gerçəkləşməsindən gedir ki, bu təşəbbüsün də müəllifi Azərbaycandır. Buna görə də Azərbaycanın Qoşulmama Hərəkatında iştirakı bu təşkilatın nüfuzunun artmasına təsir göstərir, dünya siyasətində, beynəlxalq səviyyədə mövqeyini, sambalını artırır”.

 

Ekspert hesab edir ki, Azərbaycanın hazırki şəraitdə müharibədən sonra yaşadığı bəzi problemlərin dünya ictimaiyyətinə çatdırılmasında Qoşulmama Hərəkatı vacib və əhəmiyətli platformadır. O, bildirib ki, bu platformada olan ölkələr Azərbaycanın problemlərinə həssaslıqla yanaşıblar:

 

“Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində fəaliyyəti təşəbbüskar ölkə olaraq Rusiya-Ukrayna müharibəsindən sonra yaranan yeni dünya düzənin formalaşdırılması tələblərinə də uyğundur”.

 

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı