“…Azərbaycan güc tətbiq edib əraziləri terrorçulardan təmizləyəcək”

11:40 06-03-2023 | icon 415 | Qarabağ
“…Azərbaycan güc tətbiq edib əraziləri terrorçulardan təmizləyəcək”

 

 

 

“Ermənistan və erməni separartçılarının Azərbaycanla sərhəddə, Qarabağda bu və ya digər formada təxribatlar törətməsi gözləniləndir. Çünki 10 noyabr üçtərəfli sazişin 4-cü və digər bəndləri nə Rusiya sülhməramlıları, nə də Ermənistan tərəfindən yerinə yetirilməyib”.

 

 

Versus.az xəbər verir ki, hərbi ekspert Şair Ramaldanov Xankəndi-Xəlfəli-Turşsu yolundan Qarabağa silah-sursat daşımaq istəyən ermənilərin avtomobil yüklərinin Azərbaycan tərəfindən müəyyən olunub nəzarətə götürülməsi zamanı ermənilərin silahlı müqaviməti ilə bağlı baş vermiş hadisəni şərh edərkən bildirib.

 

EKSPERT bildirib ki, II Qarabağ müharibəsində uduzan, kapitulyasiyaya imza atan Ermənistan nəinki sülhə gəlir, Azərbaycan ərazisində qalan separatçıları yenidən silahlandırıb, gərginliyi saxlamaqda maraqlıdır.  Çünki Ermənistanın hərbi-siyasi rəhbərliyinin qeyri-konstruktiv mövqeyi, sülh müqaviləsindən qaçması, sözdə bir, əməldə başqa olması regionu sülhə doğru yox, müharibəyə sürükləyir.

 

Ş.Ramaldanov hesab edir ki, Qarabağda maraqlı qüvvələrin gərginlik yaratmaq üçün müəyyən addımlar atması da istisna deyil. Ekspertin qənaətinə görə, burada təxribatlar törətməklə prosesə başqa oyunçuları da cəlb etmək istəyirlər.

 

“Gərginlik Azərbaycan daxilində baş verir və bizim maraqlarımıza zidd olan təsirləri ortaya çıxarır. Avropada erməni lobbisinin təsiri, prosesə ikilistandartlı yanaşmalar mövcuddur və bir çox dairələr Qarabağda yaradılan bu gərginlikdən öz maraq dairələrini genişləndirmək üçün istifadə edirlər. Ona görə də belə təxribatlar baş verir”.

 

“Erməni separatçıları regionda mövqelərini yenidən gücləndirirlər. Sual doğurur: Rusiyanın sülhməramlı qüvvələri cavavbdehlik daşıdığı ərazilərə silah gətirən ermənilərin qarşısını niyə almır. Çünki üçtərəfli sazişin 4 cü bəndi yerinə yetirilməyib. Azərbaycan daxilində qalan qanunsuz silahlı bölmələr Azərbaycan əhalisi üçün təhlükə mənbəyi olaraq qalır. Əvvəl sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdə nisbi sakitlik idisə, indi vəziyyət yenə də sabit deyil. Bunun arxasında xarici havadarlar və Ermənistanın hərbi-siyasi rəhbərliyi durur.

Azərbaycan ərazilərində olan qanunsuz silahlı birləşmələr Ermənistan Müdafiə Nazirliyi tərəfindən  maliyələşdirilir, silahlandırılır. Ermənistan məğlub olsa da, separatçı rejimi dəstəkləyir, onları gücləndirməkdə davam edirlər. Bu da gələcəkdə təxribata doğru aparan yoldur”.

Ekspert Azərbaycan Müdafiə Nazirliyi rəhbərliyinin tez-tez həmin bölgələrdə olmasını gərginliyin olması ilə əlaqəli olaraq təsadüfi hesab etməyib. Onun sözlərinə görə, Azərbaycanın müvafiq qrumları bütün yolları nəzarətdə saxlayır və qaçaqmalçılıqla Qarabağa daşınan yüklər asanlıqla müəyyən edilir.

 

Ekspertin fikrincə, bu fakt özü Azərbaycan ordusunun antiterror əməliyyatını gündəmə gətirir.

“Əmr verilərsə, Azərbaycan ordusu hər hansı əməliyyatları aparmağa hazırdır. Ali Baş Komandan öz çıxşında xəbərdarlıq etmişdi ki, əgər Ermənisan, onların havadarları bögəmizdə hər hansı bir təhlükə yarada biləcək işlər apararsa, Azərbaycan adekvat addımlar atacaqdır. Bəyan edildiyi kimi, yəqin ki, 2023-cü il həlledici il olacaq. Ermənilərə zaman veriləcək. O zaman çərçivəsində erməni siyasi rəhbərliyi, Rusiya sülhməramlı qüvvələri 4 cü bəndi yerinə yetirməsə Azərbaycan güc tətbiq edib əraziləri terrorçulardan təmizləyəcək.

Cənab Prezident də dediyi kimi, nəyi, nə zaman edəcəyini bilir və ordumuz Ali Baş Komandanın əmrini yerinə yetirməyə hər zaman hazırdır, qadirdir”.

 

Ekspert qeyd edib ki, gündəmdə Prezidentin səsləndirdiyi kimi nəzarət-buraxılış məntəqələrinin yaradılması durur. Bu nəzarət mexanizmi Laçın yolunu məhdudlaşdırmır.

“Bu, bir dövlətdən digər dövlətə keçid üçün lazımdır. Ermənistandan gələn bütün işlək yollarda nəzarət postları qurulmalıdır. Bellə olduğu halda Azərbaycana qanunsuz gələn yüklərin və arzuolunmayan şəxslərin qarşısı alına bilər. Bu postlarda Ağdam Türkiyə Rusiya monitorinq qrupu da işləyə bilər.  Azərbaycan üçün əsas odur ki, yüklərin daşınması, şəxslərin keçidi Azərbaycan dövləti tərəfindən razılaşdırılmış şəkildə həyata keçirilsin”.

 

Tahirə Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR