"TDT-nın strateji kursu müəyyən edilib"-şərh

14:56 16-03-2023 | icon 199 | Geopolitika
"TDT-nın strateji kursu müəyyən edilib"-şərh

 

 

 

 

“Türk Dövlətləri Təşkilatı başçılarının Ankarada görüşü çox çətin, ağır bir dövrdə baş tutur. Bu gün dünya birliyi çox təhlükəli risklərlə üz-üzədir. Mürtəce qüvvələrin sistemli, məqsədyönlü şəkildə dağıdıcı meyllərinin şahidi oluruq. O qüvvələrin hədəflərinin əsasında Türk Birliyi dayanır”.

 

Versus.az xəbər verir ki, bunu siyasi analitik Tofiq Abbasov bu gün Ankarada baş tutan Türk Dövlətləri Təşkilatının fövqaladə zirvəsi ilə bağlı şərhində bildirib.

 

T.Abbasov qeyd edib ki, Zirvə görüşünün özünün mühüm mahiyyəti var.  Bu zirvə dünyaya göstərməlidir ki, formal bir təşkilat deyil və biz şüurlu şəkildə bu birliyə “hə” demişik. Biz bu yolu Naxçıvanda 2009-cu ildə qəbul olunan  müqavilənin qəbul olunmasından sonra qəth etməyə başlamışıq.

 

Onun sözlərinə görə, ayrı-ayrılıqda türk dövlətlərinin müstəqil siyasət yürütməsi, inkişaf meyllərinin güclənməsi bir çox mərkəzlərin ürəyincə deyil, bu prosesi qıcıqla qəbul edilər.

 

“Həmin qüvvələr çalışır ki, Azərbaycanın və Türkiyənin birlik ab-havasına problemli ovqat gətirsinlər.  Bu yolverilməzdir. İlk növbədə ona görə ki, bu gün dünya birliyi çox böyük problemlərlə üzləşib. Burda iqlim çətinlikləri, qida çatışmazlığı, ümumilikdə təhlükəsizlik məsələlərini ciddi şəkildə gündəmə gətirir, terrorla bağlı mübarizəni zəruri edir. Belə bir vəziyyətdə gərək Türk Dövlətləri birgə, əlaqəli şəkildə fəaliyyət gösətrsinlər”.

 

Ekspert qeyd edib ki, TDT çərçivəsində inteqrasiyanın artırılmasının əsas məqsədi ilk növbədə qardaş məmləkətlər arasında etibarlılığın güclənməsini ehtiva edir. Onun sözlərinə görə, bu mənada Türk aləmi dünyanın tərkib hissəsi olmaqla yanaşı, öz çərçivəsində inteqrasiya prosesini gücləndirməklə, həm də dünyada gedən prosesdə gərgin, çətin məsələlərin yüngülləşməsinə şərait yaradır.

 

“İndi Rusiya-Ukrayna arasında müharibə yanaşır. Rusiya bunu xüsusiə əməliyyat adlandırsa da, göstəricilərinə görə bu dağıdıcı müharibədir. Bu müharibə qlobal sistemdə qapanmaları gündəmə gətirib. Ona görə də “Orta Dəhliz” dediyimiz bu nicat yolu dünyanın ən ağrılı vəziyyətində ən kəskin çağırışlara tutarlı cavabdır. Biz pandemiya dövründə gördük ki, aparıcı dövlətlər bir qayda olaraq öz sərhədlərini bağladılar. Azərbaycan dövlətinin prezidenti cənab İlham Əliyev isə  fövqaladə sammiti topladı və o dövrdə adı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası olan təşkilatların rəhbərləri bir qayda olaraq bu prosesə qatıldı, bir -birinə dəstək göstərdilər. Bu onu göstərir ki, ağrılı, dərdli durumda insanların bir yerdə olması çox vacibdir”.

T.Abbasov belə bir nümunənin  Türkiyədə baş verən zəlzələlərdən sonra Azərbaycanın göstərdiyi qardaşlıq, dostluq dəstəyində uğurla ifadə olunduğunu önə çəkib.

“Bu da onu göstərir ki, ağır zamanda dostların yanında olmaq lazımdır.  TDT-nın sammitində bu məsələlərə də münasibət bildirilməlidir.

Hesab edirəm ki, TDT-nın strateji kursu müəyyən edilib və hətta yol xəritəsi də var. Burda yenilənən gündəliklərlə bağlı bütün dövlətlər təşkilati baxımdan hazırlıqlı olmalıdır ki, koordinasiya prosesləri öz yerini tutsun. Bu xüsusda Prezident İlham Əliyevin şəxsi rolunu xüsusilə dəyərləndirirəm. Biz bir daha insan ağlının proseslərin təhlilində, ağrılı məsələlərdə adekvat cavabın verilməsində nə dərəcədə rol oynadığını görürük. Ona görə də hesab edirəm ki, prezidenti İlham Əliyev, Rəcəb Tayyib  Ərdoğan müasir dönəmin ən pasionar, məhsuldar  fəal siyasət yeridən siyasətçilərdir”. 

 

Ekspert qeyd edib ki, dünyada həqiqi liderlərin çatışmazlığı var və Dünya Birliyi bu proseslərə böyük narahatlıqla yanaşır.  Ona görə də əgər problemli vəziyyət varsa ona doğru addım atmaq lazımdır.

 

“Prezidentlər İlham Əliyev, Rəcəb Tayyib  Ərdoğan məhz bu mövqeyini sərgiləyirlər. Macarıstanın bu prosesdəki fəallığı bir daha göstərir ki, Türk Dövlətləri Təşkilatının intibah dövrü hələ qabaqdadır. İndi biz çox məsuliyyətli mərhələni yaşayırıq. Birincisi ona görə ki, biz niyyətlərimizi elan etmişik, onlarla bağlı aktual gündəlikləri gündəmə gətirib onlarla hərəkətimizə davam etməliyik. Bu, həm də Azərbaycan diplomatiyasının uğurundan xəbər verir. Biz qardaş dövlətlər, dost, tərəfdaş məmləkətlər sırasında tanınır, öz xüsusi yerimizi tutmuşuq. əgər Qərbdə Avrosnetrizm dəyərlərindən danışılırsa indi onların mahiyyəti itib, birmənalı yanaşma yoxdur. İndi biz türksentrizm dəyərlərini gündəmə gətirmişik və onlar işlək vəziyətdədir. Hesab edirəm ki, türksentrizm həm türk xalqlarına, həm də dünya birliyinə öz töhvələrini verməliidr”.

 

Tahirə Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Ermənistan və Azərbaycan delimitasiyanı hansı xəritə ilə aparacaq?

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…