"İnsan haqlarının müdafiəsi, müasir milli dəyərlər" pərdəsində xaricin xaric siyasəti

23:23 06-04-2023 | icon 1255 | KİV
"İnsan haqlarının müdafiəsi, müasir milli dəyərlər" pərdəsində xaricin xaric siyasəti

Aydın Quliyev: “Azərbaycanda media, QHT və siyasi partiyaların fəaliyyəti nöqteyi- nəzərindən daxili risklər yoxdur” 

 

Müstəqilliyimizin ilk illərində ABŞ, Qərb, Avropanın,  bir çox siyasi institutları, maliyyə fondları, hüquq-müdafiə təşkilatları şəbəkəsi özlərinə sadiq qeyri-hökumət təşkilatları, media qurumları  yaratmaq, özünəməxsus şəbəkə formalaşdırması, radikal siyasi qüvvələrin anti-dövlət fəaliyyətinə dəstək verməsi ilə gündəm olurdu. İran öz şəbəkəsi ilə daxilimizə nüfuz edib. Hazırda Qərb-ABŞ, Avropanın bu siyasi institutları, maliyyə fondları, hüquq-müdafiə təşkilatlarının Azərbaycandakı fəaliyyəti öz təsirini nədə göstərir?

 

Versus.az xəbər verir ki, bu istiqamətdə şərh verən “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev xarici mərkəzlərin müxtəlif yollarla ölkələrə sızaraq öz maraqları naminə həyata keçirdiyi proqramlara diqqət çəkib. A.Quliyev bildirib ki, media, siyasi partiyalar, QHT və digəriləri sözün yaxşı mənasında çoxtəyinatlı institutlardır. Bütün ölkələrdə fəaliyyət göstərən bu institutlar müxtəlif münasibətlər sisteminin içərisindədir. Yəni ölkənin apardığı siyasətdən, gücündən və işlərini planlaşdırma qabiliyyətindən asılı olaraq bu institutlar bəzi ölkələrin daxilində, həmin ölkələrin dövlətlərinin və cəmiyyətlərinin mənafelərinin uzlaşması yönündə fəaliyyət göstərməyə daha çox meyilli olurlar. Həmin institutlar öz milli dövlətlərinin və cəmiyyətlərin mənafelərini əsas mövqeyə qoyaraq həyata keçirilməsi uğrunda ölkədə gedən proseslərdə vacib bir instituta çevrilirlər.

 

A.Quliyev qeyd edib ki, bəzi ölkələrdə isə göstərilən arqumentlərin yoxluğundan, yəni milli hakimiyyətlərin sistemli fəaliyyət göstərə bilməməsi, eləcə də cəmiyyətlərin zəif olması nəticəsində siyasi partiyalar, QHT-lər və media strukturları artıq həmin ölkənin yox, başqa kənardan sifariş verən qüvvələrin maraq və mənafelərinin icraçısına çevrilirlər:

 

“Bu mənada hesab edirəm ki, media, QHT, siyasi partiyalar çoxtəyinatlı institutlardır. Hər bir ölkənin hakimiyyəti işlərini strateji düzgün planlaşdıranda, deyilən bu institutları ölkədaxili mənafelərə yönəldə bilirlər, əks halda isə bu institutlar başqa kənar qüvvələrin mənafelərinin ifadəçisinə çevrilir”.

 

Ekspert qeyd edib ki, müstəqilliyin ilk illərində Azərbaycanda belə arzuolunmayan əlamətlərin müəyyən hissəsi var idi. O, bildirib ki, bu gün olmasa da, amma illər öncə Azərbaycanda siyasi partiyalarda, QHT-lərdə, media strukturlarında ölkənin milli təhlükəsizlik maraqlarına və mənəvi dəyərlərinə xidmət edən kəsimlə bərabər xarici qüvvələrdən təlimat alaraq beynəlxalq qüvvələrin mənafelərinə xidmət edənlər var idi:

 

“Doğrudur beynəlxalq qüvvələr özlərinin strateji planlarını çox maraqlı sxemlərin və təqdim etdiyi dəyərlərin içində pərdələyib, eləcə də insan haqlarının təmin olunması uğrunda qlobal mübarizənin bir tərkib hissəsi kimi təqdim edirlər. Bir çox hallarda bunu sivil dəyərlərin, milli dəyərlərlə birləşməsi və bir ortama gəlməsi kimi də təqdim edirlər”.

 

A.Quliyev  hesab edir ki, Azərbaycanda siyasi partiyalar, QHT-lər, media orqanları artıq öz yönümlərini müəyyənləşdiriblər. Azərbayacan dövləti bu həqiqəti nəzərə aldı və təcrübədə onu həyata keçirir. Çünki hər hansı bir dövlət özünün bu institutlarına sahib çıxa bilməyəndə xaricdən həmin institutları ələ keçirənlər olur:

 

“Biz başqa dövlətlərin bu missionerlərinin kimlərdən ibarət olduğunu da gördük. Bunlar USAİD, NED, Fridrix Nauman, Marşall, İREX və digər demokratiya, insan hüquqlarını müdafiə təşkilatlarıdır. Bütün bunların hamısı həmin mərkəzlərin öz strateji planlarının   həyata keçrilməsi üçün taktiki vasitələr idi. ona görə də bu gün Azərbaycanda QHT-lər, siyasi partiyalar və media strukturları  öz fəaliyyətlərini iki əsas istiqamətdə: dövlət və ictimai mənafelər istiqamətində aparır.  Çox yaxşı haldır ki, bu institutlar hər iki mənafelərin bir ortamda birləşdirilməsini özünün gündəlik və strateji mahiyyətinin əsas xəttinə çevirə biliblər. Cəmiyyətdə başa düşür ki, müəyyən xarici mərkəzlər Azərbaycanda zaman-zaman bu institutları ələ keçirmək üçün müxtəlif plan və senariləri həyata keçirməyə çalışıblar. Bunu vətəndaş institutlarımızın, xalqların, millətlərin qloballaşma prosesində öz mövqeyini tutması kimi də təqdim edirlər.  Amma sonda bəlli olur ki, bütün bunlar insan haqlarının müdafiəsi, müasir milli dəyərlərin xaricdən gətirilməsi kimi şüarlar ancaq onların özlərinin planlarını həyata keçirmək üçün bir vasitə imiş. Müxtəlif beynəlxalq fondlar, maliyyə dairələri, təbii ki, müəyyən siyasi çevrələrlə, mərkəzlərlə üzvü bağlılıq şəraitində bu siyasəti həyata keçirir və yeni yaranmaqda olan cəmiyyətlərə  demokratiya, insan haqları platformaları altında əslində bu cəmiyyətlərin milli-mənəvi dəyərlərinə zidd olan konsepsiyalarını, strategiyalarının yeridilməsi ilə məşğul olurlar. Özünün inkişafı və yetkinləşməsində eləcə də dövlətin düzgün kurs müəyyənləşdirməsi nəticəsində həmin xarici mərkəzlərin planlarının həyata keçirilməsinin qarşısı alınıb. Biz görürük ki, Yaxın, Orta Şərq  ölkələrində xaricdən calaq edilməsi istənilən dəyərlərin sonu nə ilə nəticələndi. Hələ də həmin ölkələr özlərini düzəldə bilmirlər- küçə vuruşları, qarışıqlıq davam edir və cəmiyyətlər özlərinin milli inkişaf modellərini tuta bilmirlər. Bu mənada Azərbaycanda narahatlıq doğuran bir şey yoxdur. Azərbaycanda media, QHT və siyasi partiyaların fəaliyyəti nöqteyi- nəzərindən daxili risklər yoxdur”.

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ