28 yaşadək olan kişilərin NƏZƏRİNƏ

16:41 10-04-2023 | icon 216 | Cəmiyyət
28 yaşadək olan kişilərin NƏZƏRİNƏ

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti həqiqi hərbi xidmətə qəbul elan edir.

 

Versus.Az xəbər verir ki bu barədə Dövlət Xidmətinin məlumatında bildirilib.

 

Qeyd olunub ki, həqiqi hərbi xidmət keçmək arzusunda olan, 28 yaşadək (yalnız xidmət müddəti başa çatdığına görə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin ehtiyatına buraxılmış zabitlər) kişi cinsli Azərbaycan vətəndaşları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qəbul olunmaq üçün 2023-cü il aprel ayının 10-dan iyun ayının 9-dək hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək müvafiq sənədləri təqdim etməlidirlər.

 

Xidmətə qəbul olmaq istəyən namizədlər fiziki cəhətdən sağlam, Azərbaycanın istənilən bölgəsində xidmət etməyə hazır olmalıdırlar.

 

Qeyd olunub ki, namizədlərin xidmətə qəbulu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”na uyğun həyata keçirilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”