“Qarabağda məscidlərin dağıdılmasını inkar edir və…”
Səbuhi Hüseynov: "Məscidlərimizin gizlədilməsi və onların hesabata salınmaması siyasi məqsədlər güdür"
ABŞ-ın Cornell Universitetində fəaliyyət göstərən və Caucasus Heritage Watch adlanan elmi qrupu özünün 2-ci xüsusi hesabatını dünən axşam öz rəsmi saytlarına yerləşdirib. Hesabat Between the Wars: A Satellite Investigation of the Treatment of Azerbaijani Cultural Heritage in the Unrecognized Republic of Nagorno-Karabakh, 1994-2020". Hasabat Azərbaycana qarşıdır.
Bu istiqamətdə Versus.az-a məlumat verəm AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi Səbuhi Hüseynov hesabatda göstərilən yalan və iddialara diqqət çəkib.:
“2 saylı Xüsusi Hesabatı peyk çəkilişlərindən və digər əyani sübutlardan istifadə etməklə sovet dövrünün sonlarında hələ də mövcud olan Azərbaycan məscidlərinin, məqbərələrinin və tarixi qəbiristanlıqlarının vəziyyətinin ilk sistemli, tam şəffaf qiymətləndirilməsini təqdim etdiyini iddia etsə də, əslində anti Azərbaycan mövqeyli və xalqımızın maddi irsinə qarşı qərəzli, məkrli və saxta məlumatlar yayır. Müəlliflər Qarabağda 109 mədəni irs abidəsini müəyyən etdiklərini qeyd edirlər.
Hesabat əslində, Azərbaycan xalqının guya Qarabağ ərazisində mədəni irsinin erməni mədəni irsindən az olmasını, erməni nəzarətində qaldığı dövrdə cəmi bir neçə müsəlman abidəsinin nəzarət olmaması üzündən kimlərinsə tərəfindən dağıdıldığını və məqsədli şəkildə mədəni irsin silinməsi həyata keçirilməsi baş vermədiyini bildirir”.
S.Talıbli qeyd edib ki, Cornell universitetində formalaşan bu elmi qrup uzun müddət Ermənistanda Ermənistan Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu ilə birgə beynəlxalq arxeoloji ekspedisiyalarda çalışmış Adam Smit, İan Lindsay, Lusik Xaçaturyan və Husik Gulyanın çalışdığı və Anti Azərbaycan təbliğatı və Azərbaycanın mədəni irsin silinməsini sübut etmək məqsədi ilə formalaşmışdır:
“Hesabat xüsusi məqsədlə Qarabağda Azərbaycan mədəni irsinin gizlədilməsi, guya cəmi 149 ədəd olduğunu və onlardan 109-u üzərində monitorinq aparıldığını bildirir.
Hesabatda bildirilir: "Prezident İlham Əliyevin tez-tez söylədiyi rəsmi faktoiddə deyilir ki, 67 məsciddən 65-i dağıdılıb. Araşdırmamız bunun yalan olduğunu göstərir." Beləliklə, Azərbaycan xalqının məscidlərinin gizlədilməsi və onların hesabata salınmaması əslində siyasi məqsədlər güdür və elm adına ləkə olan bu alimlər qəsdən Azərbaycan xalqının mədəni irs nümunələrini gizlədir.
Xatırladıram ki, 2021-ci il aprel ayında Şuşa şəhərində çalışaraq tərəfimdən 200 abidənin ermənilər tərəfindən 2020-ci ilə qədər dağıdııması faktını müəyyən edərək onlardan 100 ədədini Şuşa - Azərbaycanın mədəniyyət payraxtı adlı kataloqunda 2022-ci ildə nəşr edilmişdir. Bu kataloqda həm işğaldan əvvəl, həm işğaldan azad edildikdən sonra abidələrin fotoları da verilmişdir. Bundan başqa, 2021-ci ildə tərəfimdən müəyyən edilmişdir ki, təkcə Ağdamın işğaldan azad edilən ərazisində işğal zamanı Azərbaycan xalqının 43 tarixi qəbiristanlığı dağıdılmışdır. 100-dən çox abidə məhv edilmişdir. Lakin qərbdə fəaliyyət göstərən həmin alimlər Azərbaycan xalqına məxsus Qarabağın mədəni irsinin qəsdən az olmasını göstərək, məqsədli şəkildə "erməni mədəni irsi"nin təhlükə altında silinmə təhlükəsi ilə üzüzə qaldığını və guya az saylı azərbaycanlı mədəni irsinə isə az zərər dəyərək konkret məqsədli irsin silnməyə məruz qalmadığını göstərir”.
S.Talıblı Azərbaycan tarixçilərini və Azərbaycan arxeoloqlarını Cornell universitetinə etirazlar göndərilməsini və belə bir elmi qrupun Azərbaycana qarşı məqsədli şəkildə anti təbliğat aparmasının dayandırılmasını tələb etməyi təklif edib.
ARZU
Versus.az
Xəbər lenti
Tramp Fransa hakimiyyəti ilə məsafə saxlayan siyasət yürüdəcək
“Fransa eyni siyasəti Cənubi Qafqazda da həyata keçirmək istəyir”