Azərbaycan üzgüçüləri Macarıstan çempionatına qatılıblar

16:36 19-04-2023 | icon 196 | İdman
Azərbaycan üzgüçüləri Macarıstan çempionatına qatılıblar

 

Azərbaycan üzgüçüləri Macarıstan çempionatına qatılıblar.

 

Bu barədə Versus.az-a verilən məlumata görə, Azərbaycan üzgüçüləri Ramil Vəzlizadə və Məryəm Şeyxəlizadəxangah öz güclərini sınamaq üçün Macarıstan çempionatına qatılıblar. Bu barədə məlumat verən üzgüçülük üzrə Azərbaycan millisinin baş məşqçısı Rəşad Əbdürrəhmanovun sözlərinə görə bu yarış macar idmançıları üçün Dünya çempionatına seçim turniridir:


“Bildiyiniz kimi üzgüçülük Macarıstanda çox populyar bir idman növüdür. Burada avropanın və dünyanın güçlü üzgüçüləri var və onlar beynəlxalq yarışlarda çox uğurlu çıxışlar edirlər. Federasiyanın məqsədi beynəlxalq yarışlar öncəsi idmançılarımızın peşakarlığını artırmaq, əlavə təcrübə toplamaq, üzgüçülərimizin öz güclərini artırmağa şərait yaratmaqdır. Hesab edirəm ki, bu yarışlarda iştirak üzgüçülərimizin beynəlxalq təcrübələrini daha da yüksəldəcək” deyə R. Əbdürrəhmanov əlavə edib.


Millimizin baş məşqçısının sözlərinə görə Məryəm Şeyxəlizadəxangah 50 metr batterflay üsulunda, Ramil Vəlizadə isə 200 metr batterflay üsulunda güclərini sınayacaqlar.

Macarıstan çempionatı 17-23 aprel tarixlərində Macarıstanın Kopoşvar şəhərində keçirilir.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib

“Azərbaycan bayrağı Xankəndi üzərində mütləq dalğalanacaq”

Paşinyanın bəhanələri birdəfəlik bitdi

24 saatın NƏTİCƏLƏRİ

İşcilərin 70 faizi müqaviləsiz işləyir

1 mənzili 10 adama satan şirkəti və EVSİZ QALAN SAKİNLƏR

Sülhməramlıların maşını ATƏŞƏ TUTULDU

“Prezidentin DƏMİR YUMRUĞunun bir parçasıyıq”

Ulu Öndərimiz Heydər Əliyev və Türk Birliyi

Parlamentdə YENİLİK

İlhan Doğan’ın hayatı film oldu

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın NÖVBƏTİ İCLASINDA

“Cənubi Qafqazda sülhün təminatçısı Azərbaycandır”

Buğda, düyü və qarğıdalı idxalında artım

Ermənilərin Şuşanın girişində quraşdırdıqları tank