“Seçim etmələri üçün haylara ayrılan vaxt bitir”

11:11 20-04-2023 | icon 226 | Siyasət
“Seçim etmələri üçün haylara ayrılan vaxt bitir”

Sahib Alıyev: “Ölkəsini fəlakətdən qurtarmaq üçün Paşinyan Prezidentimizin növbəti tələbini də yerinə yetirməlidir”

 

 

Erməni terrorçuları Qarabağda revanşizmi genişləndirir. Ölkə Prezidentinin Azərbaycan Televiziyasına son müsahibəsində hələ də təhlükənin qalması, hər bir vəziyyətə hazır olmağımızı söyləməsi əbəs deyil.  Prezidentin mühüm açıqlamasından biri də Qarabağ ermənilərinə son seçim mesajı idi: ya get, ya da vətəndaşlığı qəbul et. "Separatçılar da bilməlidirlər ki, onların iki seçimi var: ya Azərbaycan Bayrağı altında yaşayacaqlar, ya da ki, çıxıb gedəcəklər.

 

"Hazırda özləri üçün qondarma adlar uyduran separatçılar, - biri özünü prezident adlandırır, biri özünü nazir adlandırır, biri nə bilim nə parlament sədri adlandırır, - bu təlxəklər toplusu, nəhayət bilməlidir ki, bizim səbrimizlə oynamaq olmaz- Prezident edib.

 

Prezidentin erməni separatçılarına bu xəbərdarlığı nədən xəbər verir?

 

Versus.az xəbər verir ki, bu istiqamətdə açıqlama verən Milli Məclisin deputatı Sahib Alıyev Azərbaycan Prezidentinin dünənki müsahibəsində Ermənistana və bütövlükdə  haylara yönəlik səsləndirdiyi fikirləri ikinci Qarabağ savaşından sonra edilən sonuncu sülh xəbərdarlığı kimi qiymətləndirib. Bildirib ki, dövlət başçımızın dediyi sözlər təkcə özünün tonu ilə yox, qətiyyəti, konkretliyi ilə də sülhə çağırışdan çox, sülh xəbərdarlığıdır. Yəni bu o deməkdir ki, seçim etmələri üçün haylara ayrılan vaxt bitir.  

 

S.Alıyev hesab edir ki, paradoksal görünsə də,  bu xəbərdarlığı Ermənistan baş nazirinə verilən bir dəstək kimi də qiymətləndirmək olar:

 

“Burada revanşizm haqqında düşünən, "bəlkə də qaytardılar" xülyasıyla yaşayan haylara açıq, açıq olduğu qədər də qətiyyətli bir dillə çox yaxın perspektivdə üzləşəcəkləri iki reallıq çatdırıldı:  

Birincisi, Qarabağdakı haylar orda qalıb yaşamaq istəyirlərsə, Azərbaycan qanunlarına tapınmalıdırlar, əks təqdirdə torpaqlarımızı tərk etməlidirlər. Dirəniş göstərməyə qalxsalar, ən üzdə olan 3 separatçı ünsürlər- Köçəryan, Sərkisyan və Ohanyan sayaq  “iti qovan kimi” qovulacaqlar.  Bu “üçlüyün” indi Qarabağda burunlarının ucu belə görünürmü? Yox, görünmür və görünməyəcək.  Eyni taleyi Moskvadakı son təlimatlandırılmadan sonra xeyli cəsarətlənmiş Araik Harutyunyanla başının dəstəsi də yaşamalı olacaq. Yəqin onlar Azərbaycan Prezidentinin Rusiyanın Qarabağdakı hərbi kontingentindən bəhs edərkən “müvəqqəti qaydada yerləşdirilmiş”  sözlərininin nə anlam daşıdığını da bilməmiş deyillər.

İkincisi, Ermənistan Qarabağdakı hayların subyektliyini artırmaq üçün onları Azərbaycanla Rusiya, Fransa və ABŞ arasında geosiyasi sövdələşmə obyektinə çevirmək yönündə cəhdlərə son qoymazsa, nə baş verəcəyini də Prezidentimiz açıq şəkildə dilə gətirdi və - “Bu gün Zəngəzur dağlarında dalğalanan Azərbaycan Bayrağını öz başları üzərində görə bilərlər”-dedi. Yəni guya ilanın  əli ilə Seyid Əhmədi vurmağa çalışan Ermənistan düşmənçiliyini dayandırmasa, əlindən İran da tutmayacaq. Tutsa belə, bu, vəziyyəti dəyişməyəcək.

Çünki Prezidentin dediyi kimi, Azərbaycan ordusu ikinci Qarabağ savaşı zamanı olduğundan indi qat-qat güclüdür. Üstəlik, bu il büdcəyə ediləck düzəlişlər nəticəsində artırılacaq xərclərin önəmli bir hissəsi ordunun daha da gücləndirilməsinə yönəldiləcək. Yəni təkcə hayrlara yox, onlardan Azərbaycana qarşı təzyiq aləti kimi faydalanmağa  çalışanlara da pozuculuq əməllərini davam etdirmələri üçün “münbit zəmin” buraxılmır”.

 

S.Alıyev qeyd edib ki, Prezident məlum xəbərdarlığı səsləndirən gün Ermənistan baş nazirinin özünə xas bəzi sərsəmləmələri olsa da, nisbətən praqmatik mövqe ortaya qoyması artıq manevr imkanlarının qalmadığını anladığını göstərir. Onun fikrincə, parlamentdəki çıxışı zamanı Paşinyanın səsləndirdiyi  -“ heç kim bizim öz gücümüzü başqalarına qarşı yönəldib ölkəmizin sərhədlərini genişləndirməyimizlə barışmayacaq. Əks təqdirdə başqalarının gündəmində nəinki ölkəmizin gəlişməsinin yolunu kəsmək, dövlət kimi var olmamızın qarşısını almaq duracaq.  Belə bir vəziyytdə bizə kimsə kömək göstərməyəcək. Bu, nəzəriyyə deyil, mən reallıqdan danışıram” - sözləri belə düşünməyə əsas verir: 

 

Deputat Paşinyanın Makron, yaxud da başqa biri ilə telefon danışığından sonra yenə də reallıq hissini itirməsini də istisna etməyib. Onun fikrincə, məlum müsahibədən də göründüyü kimi Prezident İlham Əliyev bu məsələdə yetərincə nikbindir:

 

“Nikbinliyi isə ondan irəli gəlir ki, keçən ilin oktyabr ayında Praqa və Soçi görüşlərində Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini rəsmən qəbul edib. Bununla yanaşı regionda real sülhün yaranması, ölkəsini, xalqını üzləşə biləcəkləri fəlakətdən qurtarmaq üçün Paşinyan Prezidentimizin növbəti tələbini də yerinə yetirməlidir: “Əgər “A” deyibsə, “B” də deməlidir. “Qarabağ Azərbaycandır və nida” sözlərimizi təkrar etməlidir”. 

Beləliklə, Salyanda “ASAN xidmət” mərkəzinin  qarşısında verdiyi müsahibədə Azərbaycan Prezidenti Qarabağdakı haylarla ermənistadakılara düşdükləri vəziyyətdən çıxmağın ən ağrısız və asan yolu göstərdi, indi artıq ona əməl etmək qalır”

 

Tahirə Qafarlı
 Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR