Şəhid ailələri və qazilərə mənzil təqdim edildi
“Şəhid ailələri, qazilərin mənzillərlə təmin edilməsi ölkə başçısının tapşırıqlarına uyğun olaraq bizim əsas, prioritet mövzumuzdur”.
Versus Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli deyib.
O bildirib ki, Bakı və bölgələrdə şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olanlara və digər imtiyazlı şəxslərə daha 100 mənzil və fərdi evlər təqdim ediləcək:
“Ölkə başçısının qarşımıza qoyduğu tapşırıqları uğurla yerinə yetirməyə davam edəcəyik. Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə, həmçinin digər imtiyazlı şəxslərə (gözdən əlilliyi olan şəxslər, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslər və b.) 281 mindən çox sosial xidmətlər göstərilib”.
Nazir müavini onu da qeyd edib ki, post müharibə dövründə həmin şəxslərə 321, ümumilikdə isə 7 500 dən çox avtomobil təqdim edilib.
Sonda nazir müavini hər kəsin bayramını təbrik edib və püşkatma yolu ilə şəxslərə mənzillər təqdim edilib.
Xəbər lenti
Tramp Fransa hakimiyyəti ilə məsafə saxlayan siyasət yürüdəcək
“Fransa eyni siyasəti Cənubi Qafqazda da həyata keçirmək istəyir”