Kino işçilərinin böyüməkdə olan xırda problemləri
MHB sədri tanınmış kinorejissorla görüşdə problemi qaldıracaqlarını deyb
Müstəqil Həmkarlar Birliyinin (MHB) sədri Fuad Əliyev Azərbaycan Respubilkasının Əməkdar Mədəniyyət İşçisi, tanınmış kinorejissor Çinqiz Həsənovla görüşüb.
Versus.Az xəbər verir ki, görüşdə Fuad Əliyev Müstəqil Həmkarlar Birliyi haqqında ətraflı məlumat verəndən sonra mədəniyyət və kino işçilərinin problemləri ilə maraqlanıb. Çinqiz Həsənov teatr və kino işçilərinin üzləşdiyi problemlərdən danışaraq mövcud olan boşluqları qeyd edib.
Prezident İlham Əliyevn “Hər bir ölkənin mənəvi, mədəni həyatı ölkənin səviyyəsini göstərir. Bu sahəyə daha böyük diqqət göstərilməlidir" fikirlərinə diqqət şəkən F.Əliyev bildirib ki, bu istiqamətdə müəyyən uğurlu işlər görülüb və görülür:
"Amma bəzi məsələlər hələ də qalır. Mədəniyyət işçilərinin xırda problemləri həll olunmayaraq qalır və vaxt keçdikcə o xırda problem böyük bir problemə çevrilir. Məqsədimiz bu cür problemlərin qarşısını almaqdır. Buna nail olaraq, biz həm mədəniyyət işçilərinin problemlərini həll edirik, həm də müəyyən problemlərin həllini öz üzərimizə götürərək, dövlətə dəstək oluruq”.
Görüşün sonunda tərəflər mütamadi olaraq görüşlərin keçirilməsinə razılaşıblar.
Qeyd edək ki, görüşdə Müstəqil Həmkarlar Birliyinin sədr müavinləri Xəzər Teyyublu və Əhməd Rəhmanov iştrak ediblər.
SEVDA
Versus.Az
Xəbər lenti
Tramp Fransa hakimiyyəti ilə məsafə saxlayan siyasət yürüdəcək
“Fransa eyni siyasəti Cənubi Qafqazda da həyata keçirmək istəyir”