Azərbaycanda gender əsaslı ZORAKILIQ
Buna son qoymaq üçün tədbirlər gücləndirilir
"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyi Çex Respublikası Xarici Işlər Nazirliyinin keçid təşviqi proqramı çərçivəsində “Azərbaycanda gender əsaslı zorakılığa son qoymaq üçün profilaktik tədbirlərin gücləndirilməsi” layihəsinin icrasına başlayıb.
Versus.az xəbər verir ki, layihə “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın 12.2.bəndinin 12.2.2. yarımbəndinə “Məişət zorakılığının yayılma səviyyəsinin və onu törədən səbəblərin öyrənilməsi” və 12.3. Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə sahəsində əməkdaşlıq bəndinin 12.3.1, 12.3.3 yarımbəndlərinə dəstək olaraq keçirilir. Layihənin hədəf qrupu kişilərdir. Layihənin əsas tərəfdaşı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir.
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilmiş “Labirintdən çıxış 2:Kişilər zorakılığa qarşı!” layihəsinin davamı olan layihənin qarşıda qoyduğu vəzifələr aşağıdakılardır:
*Kişilər tərəfindən məişət zorakılığının baş verməsinin əsas səbəblərinə dair tədqiqatın aparılması. Onlayn tədqiqat və Saatlı, Sabirabad, Şirvan, Kürdəmir, İmişli rayonlarının hər birində 7-10 nəfərlə 5 foks qrupu ilə görüş;
*10 nəfər kişi 3 günlük Təlimçilərin Təlim (TOT) proqramı üzrə hazırlanacaq və daha sona hazılanmış təlimçilər Saatlı, Sabirabad, Şirvan, Kürdəmir, İmişli rayonlarının hər birində 15 nəfər kişi üçün təlim keçəcək. Ümumİlikdə bütün rayonlar üzrə 75 kişi üçün təlimlər keçiriləcək.
*Saatlı, Sabirabad, Şirvan, Kürdəmir, İmişli rayonlarınIN hər birində 2 gün olmaqla 15 gənc kişinin iştirakı ilə təlimlər keçiriləcək. (Təlimlərin keçirilməsi üçün yer, yerli icra orqanlarının dəstəyi ilə təmin olunması nəzərdə tutulub);
*Məişət zorakılığı ilə mübarizə üzrə təlim keçmiş kişilərdən ibarət dəstək qruplarının yaradılması;
*Təlimə cəlb olunmuş kişilərin iştirakı ilə bu regionlarda gender əsaslı zorakılıqla bağlı yardım qruplar yaradılacaq.
Layihə çərçivəsində 21-23 apreldə “Təmiz Dünya” İctimai Birliyinin ofisində 12 nəfərdən ibarət qrup təlimçi üçün təlimi başa vurub.
Təlimdə Çexiyanın Azərbaycandakı səfirinin müavini Daniel Putik iştirak edib. Təlimi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mütəxəssisi Tural Hüseynzadə və “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova aparıb.
Saatlı, Sabirabad, Şirvan, Kürdəmir, İmişli rayonlarında həyata keçiriləcək təlimlərlə bağlı yerli icra hakimiyyətləri məlumatlandırılıb, onlar tərəfindən layihənin icrasına dəstəyin göstərilməsi ilə bağlı təminat verilib.
Bundan başqa, kişilər arasında məişət zorakılığının baş verməsinin əsas səbəblərinin araşdırılmasına dair 200 nəfər kişi arasında onlayn tədqiqat yekunlaşıb. Tədqiqatın ikinci mərhələsi üzrə iş-foks qrupları ilə görüş, təlim keçiriləcək rayonlarda davam etdiriləcək.
Yekun təhlil ictimaiyyətə açıq olacaq.
PƏRİ
Versus.Az
Xəbər lenti
Tramp Fransa hakimiyyəti ilə məsafə saxlayan siyasət yürüdəcək
“Fransa eyni siyasəti Cənubi Qafqazda da həyata keçirmək istəyir”