Laçına köçürüləcək ailələr tibbi müayinədən keçirilir

17:07 28-04-2023 | icon 321 | Cəmiyyət
Laçına köçürüləcək ailələr tibbi müayinədən keçirilir

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Laçına köçürüləcək ailələrin bütün respublika üzrə tibbi müayinələrinə başlanılıb.

 

TƏBİB-dən Versus.az-a verilən xəbərə görə, müayinələr TƏBİB-in tabeliyində fəaliyyət göstərən Tərtər, Qax, Kürdəmir, Quba, Füzuli, Bərdə, Şamaxı, İmişli, Şəki, Beyləqan, Ağcabədi rayonlarının mərkəzi xəstəxanalarında, Şirvan və Mingəçevir şəhər xəstəxanalarında, Sumqayıt Tibb Mərkəzinin 1 nömrəli Şəhər Xəstəxanasında, Abşeron Rayon Mərkəzi Xəstəxanasında, Yasamal, Səbail və Nəsimi rayonları üzrə Yeni Klinikada, Qaradağ rayonu üzrə Lökbatan Tibb Mərkəzində, Binəqədi, Xəzər, Sabunçu, Suraxanı, Nizami, Xətai rayonlarının tibb mərkəzlərində keçirilir.

 

Ümumilikdə, 401 ailə (1648 nəfər) müayinələrə cəlb olunacaq. Onların biokimyəvi laborator analizləri, ultrasəs (USM), elektrokardioqrafiya (EKQ) və ağciyərlərin rentgenoqramması (flüoroqrafiya) müayinələri həyata keçiriləcək.

 

Tibbi müayinələr Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və TƏBİB arasında əməkdaşlıq çərçivəsində reallaşdırılır. TƏBİB tərəfindən memorandum çərçivəsində işğaldan azad olunmuş ərazilərə köçürülən şəxslərin ümumi tibbi müayinəsinin təşkili, həmçinin uşaqların təsdiqlənmiş Peyvənd Təqviminə əsasən müxtəlif yoluxucu xəstəliklər əleyhinə immunizasiyanın aparılması nəzərdə tutulub.

 

Əsas məqsəd işğaldan azad olunan ərazilərə köçürülən şəxslərin ümumi sağlamlıq vəziyyətlərinin müəyyən edilməsidir.

 

Qeyd edək ki, bu günədək Böyük Qayıdış layihəsi çərçivəsində Zəngilan rayonunun Ağalı kəndinə köçürülən şəxslərin də tibbi müayinələri baş tutub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ