"Bu nə səhlənkarlıq, nə də qeyri-peşəkarlıqdır”

17:49 02-05-2023 | icon 299 | Cəmiyyət
"Bu nə səhlənkarlıq, nə də qeyri-peşəkarlıqdır”

Ruslan Əfəndiyev 7 yaşlı uşağın ölümündən danışıb

 

Bir neçə gündür ki, idmançı Mehman Xəlilovun məşq zamanı kobud rəftarı nəticəsində dünyasını dəyişən yeddi yaşlı Fərid Bakarovun başına gələn faciə cəmiyyəti narahat edir. Sosial şəbəkədə yayılan kadrlara sakit baxmaq isə mümkün deyil - bu hadisə ümumilikdə cəmiyyətin, xüsusən də idman ictimaiyyətinin üzləşdiyi bir sıra problemləri ortaya qoyur, həmçinin müvafiq dövlət qurumlarının idman sahəsində qarşılıqlı münasibətləri tənzimləməli olduğu zərurətini qabardır. Geriyə qalan azyaşlının üstündən xətt çəkilən ömrü, xəyalları puç olmuş ailə və polislər tərəfindən təqsirləndirilən şəxs qismində saxlanılan bir “məşqçi”dir.

 

Tanınmış mentor, Azərbaycan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə yığma komandasının baş məşqçisi Ruslan Əfəndiyev bu faciəvi hadisə ilə bağlı Oxu.Az-ın suallarını cavablandırıb.

 

- On ildən artıq təcrübəsi olan peşəkar məşqçi kimi bu barədə nə deyə bilərsiniz? Sizcə, uşaqlarla məşğul olan məşqçi ilk növbədə hansı keyfiyyətlərə malik olmalıdır, ona həvalə olunan uşaqlar üçün hansı ölçüdə məsuliyyət daşımalıdır?

 

- Bəlkə də, mənim fikirlərim kiməsə xoş gəlməyəcək, amma mən öz fikrimi deyəcəyəm. Bildiyiniz kimi, mən qarışıq döyüş sənətləri üzrə məşqçiyəm, çox sayda tələbəm var, lakin onların hamısının yaşı 15-dən yuxarıdır.

Mən aşağı yaşda uşaqların qarışıq döyüş sənəti ilə məşğul olmalarına qarşıyam. Bu yaşda uşaqlar çox həssas olurlar, ona görə də onları aqressiv ruha kökləmək lazım deyil.

Hər bir uşağa fərdi yanaşma olmalıdır, bunun üçün isə ilk növbədə səbir lazımdır. Bundan əlavə, məşqçi uşaqlara qaçmağı, tullanmağı, üzməyi və s. öyrətməlidir. O, həmçinin uşaqları öz övladları kimi sevməli və onlara can yandırmalıdır, çünki uşaqlar buna qarşı çox həssasdırlar. Bu çox böyük məsuliyyətdir.

Burada həm müəllimin, həm psixoloqun, həm məşqçinin bacarığı, həm də təbii ki, sevgi lazımdır. Bu yalnız kompleks şəkildə effektlidir - bu komponentlərdən biri olmasa, alınmayacaq...

 

- Yayılan görüntülər cəmiyyəti şoka saldı. Kadrlarda görünür ki, məşqçi uşaqlarla qəddar davranır. Hətta uşağın özünü yaxşı hiss etmədiyi və ayaq üstə dayana bilmədiyi açıq-aşkar ortada olduğu halda da insanlıqdan kənar hərəkətlərini davam etdirir. Bu nədir? Səhlənkarlıq, qeyri-peşəkarlıq, ya məsuliyyətsizlik?

 

- Mən özüm gördüklərimdən şokda idim. Vəfat edən uşağın valideynləri üçün bu böyük faciədir, onların hazırda nə hisslər keçirdiklərini təsəvvür etmək çətindir. Fəridin ailəsinə başsağlığı verirəm. Bu nə səhlənkarlıq, nə də qeyri-peşəkarlıqdır. Bu hərəkətə sadizm deyilməsi daha doğru olar. Belə görünür ki, onun özünün uşaq vaxtlarında psixoloji problemləri olub.

 

- Valideynlər övladlarını sağlam olsunlar deyə idman bölmələrinə verirlər. Ancaq məşqçinin bu cür davranışı artıq çəkindirici effekt yaradır. Belə hadisələrin təkrarlanmaması üçün nə etmək lazımdır?

 

- Əminəm ki, məşqçilik fəaliyyətini bir növ nəzarətdə saxlamaq lazımdır. Yalnız lisenziyası olanlara işləməyə icazə verilməlidir. Təlimçilərin sertifikatlaşdırılması və lisenziyalaşdırılmasına nəzarət son dərəcə ciddi olmalıdır, xüsusən də, söhbət uşaqlarla işləməkdən gedirsə.

Mənim 52 yaşım var və bütün tələbələrim mənim üçün övladlarım kimidir - mənim böyük ailəm var. Mən işimi çox sevirəm, tələbələrimi çox sevirəm və bunun qarşılıqlı olduğunu düşünürəm.

 

- Siz məsuliyyətiniz altında olan uşaqlarla necə işləyirsiniz? Uşaqlarla işlədiyiniz zaman onlara qarşı hansı münasibət və yanaşmadan istifadə edirsiniz? Valideynlərə və həmçinin də gənc məşqçilərə nə məsləhət görərdiniz?

 

- Valideynlərə məsləhət görərdim ki, koordinasiyanı inkişaf etdirmək üçün övladlarını komanda idman növlərinə göndərsinlər, böyüdükdə isə nəyi istədiklərini - boksa, döyüşə, ya şahmata üstünlük verdiklərini özləri seçsinlər.

Gənc məşqçilərə isə qüvvət və səbir arzulayıram. Onlara özünəinamı, motivasiyanı və öyrənmək istəyini daim yüksək tutmaq lazımdır. Məşqçi öz yorğunluğunu, pis əhvalını gizlətməyi bacarmalıdır, çünki bütün bunlar uşaqlara ötürülür, onları ruhdan salır, özlərinə və məşqçiyə inamından məhrum edir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ