Günəş Yeri “udacaq”?

11:06 05-05-2023 | icon 330 | Maraqlı
Günəş Yeri “udacaq”?

Alimlərdən Yerin sonunun necə olacağına dair yeni ipucuları

 

Dünyanın sonu necə və nə vaxt olacaq? Meteormu düşəcək, yoxsa yadplanetlilərmi işğal edəcək? Biz kainatda təkik, yoxsa yaşamaq üçün başqa planetlər də varmı?

 

Unikal kəşf edən astronomlar Yerin sonunun necə olacağına dair ipucuları tapıblar.

 

Alimlər ilk dəfədir ki, bir ulduzun planeti necə udduğunu müşahidə ediblər. Bu kosmik hadisə təxminən 12.000 işıq ili uzaqlığındakı Aquila bürcü yaxınlığında müşahidə olunub.

 

“Nature” elmi jurnalında dərc olunan araşdırma məqaləsində bildirilib ki, bu görüntülər həm də dünyanın sonunun necə olacağına dair yeni ehtimallar ortaya çıxarıb.

 

Bir ulduzun yanacağı hesab edilən hidrogen bitdiyi zaman transformasiya baş verir. Ulduz əvvəlcə öz üzərinə çökür, sonra isə milyon dəfə böyüyərək genişlənir. “Qırmızı nəhəng” adlanan bu genişlənmə fazasında (mərhələsində) ulduzlar özlərinə yaxın olan planetləri uda bilir.

 

Bu proses əvvəllər heç vaxt birbaşa müşahidə olunmayıb.

 

Massaçusets Texnologiya İnstitutunun tədqiqatçısı Kişalay De bildirib ki, ulduzun planeti udmasının son mərhələsini müşahidə ediblər.

 

Komandanın hesablamalarına görə, ulduz Günəşin kütləsindən 0,8-1,5 dəfə böyük idi. Onun udduğu planet isə Günəş sisteminin ən böyük planeti olan Yupiterin kütləsindən 1-10 dəfə böyük idi.

 

Bu hadisə zamanı ümumilikdə Yerin kütləsinin 33 qatına bərabər olan hidrogen və yenə də Yerin kütləsinin üçdə birinə bərabər olan toz xaric olunub.

 

Tədqiqatçıların fikrincə, bu müşahidələr Yerin sonunun gələcəyinə işarə edir. Çünki Günəşin təxminən 5 milyard ildən sonra “Qırmızı nəhəng” fazaya girəcəyi gözlənilir.

 

Bu fazada Günəşdən gələn radioaktiv hissəciklər o qədər artacaq ki, onlar Yerin maqnit qalxanını aşındıracaqlar. Bu da o deməkdir ki, Yer üzündəki canlılar radioaktiv hissəciklərə müqavimət göstərə bilməyəcəklər, müdafiəsiz qalacaqlar.

 

Bundan sonra Günəş genişlənməyə başlayacaq və bəlkə də Yeri udacaq. Merkuri, Venera və ola bilsin ki, Mars da bu prosesdə Yerlə eyni aqibəti yaşayacaq.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Ermənistan və Azərbaycan delimitasiyanı hansı xəritə ilə aparacaq?

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…