QAZİLİYİMİZə baxış

09:00 08-05-2023 | icon 2979 | Köşə
QAZİLİYİMİZə baxış

...VƏ OXUNAN ŞAMAN DUASI

 

İGİD TEYMURLU

 

Bu məmləkətdə hər şey urvatsızlaşdırılır. Dərd orasındadır ki, sanki gizli bir əl hər kəsi öz diliylə, öz əliylə urvatsız edir: fəhlə fəhlənin üzünə durur, müəllim müəllimi linc edir, vəkili vəkili, həkimi həkim, çilingəri çilingər...., qazini də qazi....Belə bir mühitdı ürəyimiz səksəkə, ruhumuz da zəlzələylə doludur...

 

Millət sortlaşdırılıb, millət təbəqələşib. Eyni bir sahənin adamı ideoloji qula çevrilməklə bir-birini tanımaz olub. Müəllimin öyrətmənliyi, jurnalistun Sözə və Qələmə sahibliyi formal bir ifadəyə çevrilib. Günün reallığı budur - sən həkim, müəllim, fəhlə olaraq bir loxma çörək naminə hətta istəmədiyin bir qrupun yanındasansa yaşayacaqsan, yox əks mövqedəsənsə sürünəcəksən. Sən jurnalist olaraq MİA-nın vəsiqəsini daşıyırsansa, səni sayacaqlar, sənə normal yanaşacaqlar. Yox Sözə və Qələmə söykənmisənsə sənin adın it dəftərində də olmayacaq.

Halbuki jurnalusti jurnalist edən onun Sözü və Qələmidir, MİA vəsiqəsi yox!

Müəllimi müəllim edən onun bilik və bacarığıdır, öyrətmənliyidir, hansısa ideolojı rıçağın iradəsilə hərəkət etməsi yox!...

Elə Qazilik də bir missiyadır -Vətən qarşısında Cavabdehlik və Məsuliyyət Hissini dərk edərək daşınan missiya, atılan addlmdır.

Bu gün bir "qazi"nin məmur olan başqa bir "qazi"nin çənəsini sındırma olayı cəmiyyəti başdan başa bürüyən urvatsızlaşdırmanın tərkib hissəsidir...

Əvvəla, bəs deyirsiniz ku, elektron, hüquqi dövlət yaradırıq, öyləsə, hanı bunun elektronluğu, nə bilim neytronluğu? Elementar problemlərin sənədləşməsi üçün nədən vətəndaş saatlarla növbə tutmalı, günləri hədər getməlidir?!

Dövlət qurumlarında çalışan mənurlar dövlətin elektronlaşmasında ya maraqlı deyillər, ya da ki, bacarmırlar. Ona görə də bu tip olaylar üzə çıxır, insanların əsəbləriylə oynanılır, insanlar konstitusion hüquqlarına sahib çıxmaq zülmə, əziyyətə düçar edilir...

Amma istənilən halda baş verən son olay QAZİ adıyla tərs mütənasibdir!...

Döyüşçüləri sortlara ayırmaqla, son savaşımızın iştirakçılarına fərqli "status" verməklə, fərqli yanaşma sərgiləməklə yanllş addımı atan DÖVLƏTİN ÖZÜ olub, məmurun çənəsini sındıran "qazi" yox!!!!

Yaranan növbələrdə "mən qaziyəm" -deyə, böyüyü, kiçiyi saymayan, qadını, qızı, xəstəni, xüstəni vecinə almayan DÖVLƏTİN ÖZÜ olub, "qazi" yox!

O növbədə dayanan xəstə uşaqlar, xəstə adamlar bu VƏTƏNİN ƏN BÖYÜK QAZİLƏRİDİR! VƏTƏN ONLARA SAHİB ÇIXANDA BÖYÜK OLUR!

ONLAR TAPDALANANDA, ONLAR KİMLƏRİNSƏ AYAĞINA VERİLƏNDƏ VƏTƏN KİÇİLİR!

VƏTƏNİN KİÇİLMƏSİNİ İSTƏYƏN, BUNU ÖZÜNƏ "HAQQ" KİMİ SAYAN OĞLANDAN "QAZİ" OLMAZ, ATAM BAIASI!

Qarabağ Savaşı başlayandan o mərmilər, o bombalar atılıb və bütün iştirakçılar da o döyüşün içində olub. Yüksək texnoloji, hərbi, siyasi potensialla deyil, tam imkansız bir durumda düşmənlə üz-üzə dayanan Oğlanlar Xankəndinin 11 kilometrliyinə qədər gedib çıxıb, Laçın koridorunu bağlamışdılar! Hər şey siyasətin güdazına getdi! O OĞLANLARın 95 faizinə heç qiymət verən də olmadı və o OĞLANLAR heç kimdən heç nəyi də ummadılar!!!

Və heç Dövlət Baba da həmin OĞLANLARa indiki "status"u, indiki orden, medalı verməmişdi!!

Sual olunur: o OĞLANLAR bəyəm Azərbaycan uğrunda döyüşməyiblərmi?!...

O OĞLANLAR bu günə kimi tapdalanan haqlarına görə heç kimin çənəsini də sındırmayıblar və heç kim də ONLARa bu haqqı tanıya bilməz!

Hər zaman bir devizi olub bu OĞLANLARın: Vətənə canımız fəda!

Ancaq Vətən də öz övladına sahib çıxmalı, övladları arasında fərq qoymamalı idi!!

Baxmayaraq ki, 30 ildən artıq bir müddətdə bu OĞLANLAR mənən sındırılmaqdadır, ancaq yenə də hər şey "VƏTƏN NAMİNƏ" deyib, dururlar...

Son savaşımızın "kantuziya alan" iştirakçısı və bu "kantuziya alan"a status verib, KÖHNƏ DÖYÜŞÇÜLƏRİ gözardı edən DÖBLƏT BABA, bəs 30 ildir ki, elə dövlətin harın məmurları, Müdafiə Nazirliyi, məhkəmələr adlı çete yığnağı tərəfindən mənən öldürülən CANFƏDAİLƏR ORDUSUNUN DÖYÜŞÇÜLƏRİ neyləməlidir?!



Hər şeyin urvatdan salınması bu dövlətin varlığına qənim kəsilməkdir! Əfəndilər, neft kapitalını insan kapitalına çevirməyin yolu adamları sortlaşdırmaqdan keçmir! Fəhləsinə də, müəlliminə də, həkiminə də, qazisinə də Dövlət Baba bir gözlə baxmalıdır! Sən Vətənin sərhəddini qoruyursan, mən ideolojisinin, təhsilinin, səhiyyəsinin, iqtisadiyyatının keşiyində dayanmışam. Hamımız birik, bir Vətənin Döyüşçüləriyik! Yox əgər ayrıseçkilik olacaqsa, onda gücümüz Rüstəm Behrudi diliylə şaman duası oxumağa çatır:

 

"...Ürəyimdə səksəkə, ruhumda bir zəlzələ;
İlahi, bu milləti yox olmaqdan hifz elə!"...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR