MHB şikayətləri nazirliklərə göndərir
Xəzər Teyyublu: "Şikayətlərin düzgün olub-olmamasını araşdırırıq"
"Sosial hüquqları pozulmuş vətəndaşlar problemlərinin operativ həlli üçün Müstəqil Həmkarlar Birliyinin Qaynar xəttinə gündə onlarla şikayət daxil olur".
Versus.Az xəbər verir ki, bunu açıqlamasında Müstəqil Həmkarlar Birliyinin sədr müavini Xəzər Teyyublu bildirib.
X.Teyyublu vurğulayıb ki, vətəndaşlar (055) 556-25-42 nömrələrindən whatsApp vasitəsilə müraciət ərizələri, lazımı olan sənədləri göndərirlər.
X.Teyyublu müraciət etdiyi şikayətlərin düzgün olub-olmamasını araşdırandan sonra müvafiq dövlət təşkilatlarına sorğuların göndəriləcəyini qeyd edib:
"Cəlilabad şəhər Təbriz küçəsi ev 45N-də kirayə yaşayan İsmayılov Qamət Əcəb Əli oğlundan, Lənkəran şəhəri, Sahil 34 ünvanında qeydiyyatda olan, Bakıda kirayə yaşayan Həsənov Mirəli Həbibulla oğlundan, Bakı şəhəri, Lökbatan qəs., keç. 1595, ev 11, m. 90-da yaşayan Ziyadov Sabir Zaman oğlundan, Bakı şəhəri, Səbayil r-nu, Y.Mürsəlov küş., dalan 1, ev 17A-da yaşayan Abdullayeva Fərqanə Akif qızından və Bakı şəhəri, Nizami r-nu, R.Rüstəmov küç., ev 34, m. 31 ünvanında yaşayan Məmmədov Eldar Şahmar oğlundan Qaynar Xəttə daxil olan müraciətlərini alaraq araşdırmalara başlamışıq”.
Xəzər Teyyblu sorğuların DİN, MİDA, Sosial Müdafiə Nazirliyinə, Elm və Təhsil Nazirliyinə göndərdiyini qeyd etdi.
SEVDA
Versus.Az
Xəbər lenti
Tramp Fransa hakimiyyəti ilə məsafə saxlayan siyasət yürüdəcək
“Fransa eyni siyasəti Cənubi Qafqazda da həyata keçirmək istəyir”