Kitabxananın nadir incisi tədqiqatçı-alimlərin MARAĞINDA
Elm və Təhsil Nazirliyinin Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları- c.ü.f.d. Şamil Əzizov və müstəqil tədqiqatçı, II dərəcəli hüquqşünas Məzahir Təhməzov Milli Azərbaycan Tarixi Muzeyinin Kitabxanasında olublar.
Versus.Az xəbər verir ki, “Nadir kitablar fondunda” mühafizə olunan və yalnız tək nüsxədə qalan 1899-cu ildə Tiflisdə nəşr olunmuş, Rus tədqiqatçısı M.A.Skibitskinin “Qafqazda dövlətə məxsus yay-qış otlaqlarının təşkili və maldarlığın öyrənilməsi üçün materiallar” – (М.А Скибицкий. “Материалы для устройства казенных летних и зимних пастбищ и для изучения скотоводства на Кавказе”. Тифлис. 1899.) adlı kitabı tədqiqatçıların xüsusi marağına səbəb olub.
Qeyd edək ki, kitaba müəllif tərəfindən tarixi əhəmiyətli Qarabağ xəritəsi də əlavə olunmuşdur. Xəritədə Qarabağın coğrafi adları olduğu kimi verilmişdir.
Sonda tədqiqatçılar yaradılmış şəraitə görə Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlıya təşəkkürlərini bildiriblər.
Ayəndə Dadaşova
Versus.Az
Xəbər lenti
Tramp Fransa hakimiyyəti ilə məsafə saxlayan siyasət yürüdəcək
“Fransa eyni siyasəti Cənubi Qafqazda da həyata keçirmək istəyir”