“Moskva görüşündən nəticə çıxmadı”

10:42 27-05-2023 | icon 193 | Siyasət
“Moskva görüşündən nəticə çıxmadı”

Elxan Şahinoğlu: “Hətta ümumi bəyanatı imzalamağa hazır deyillər”

 

“Liderlərin Moskva görüşündən nəticə çıxmadı. Putin-Əliyev-Paşinyan üçtərəfli görüşü cəmi 20 dəqiqə çəkdi. Çünki bəlli oldu ki, liderlər hər hansı sənədi, hətta ümumi bəyanatı imzalamağa hazır deyillər. Putin sadəcə onu dedi ki, iki dövlət arasında nəqliyyat yolunun açılması prosesi sürətlənə bilər, bir müddət sonra 3 ölkənin baş nazirlərinin müavinləri detalları müzakirə edəcəklər. Əlbəttə, bu məsələdə razılıq var, ancaq Ermənistan öz ərazisində dəmiryolunu bərpa etməyə tələsmir, Azərbaycan isə çalışmaları yekunlaşdırmaq üzrədir. Bütün hallarda Kreml Azərbaycanla Ermənistan arasında dəmiryolunun açılmasıyla bağlı danışıqlar prosesini nəzarətdə saxlamaq istəyir. Halbuki, bu məsələdə İlham Əliyevlə Nikol Paşinyan ilkin şifahi razılaşmanı Brüsseldə Avropa İttifaqının rəhbəri Şarl Mişelin vasitəçilyi ilə əldə etmişdilər. Şifahi razılaşmada Beynəlxalq Gömrük Təşkilatının da işin içində olacağı bildirilmişdi. Kremlin buna etirazının olub-olmaması barədə məlumat yoxdur”.

 

Versus.Az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin Moskvada Putinin iştirakı ilə baş tutan görüşü ilə bağlı açıqlamasında bildirib.

 

Politoloq qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyev və erməni baş nazir rusiyalı həmkarı Vladimir Putin tərəfindən Avrasiya İqtisadi Brilyinin Moskva toplantısına dəvətli idi. Ümumi toplantıdan sonra Vladimir Putin, İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş planlaşdırılmışdı. Ancaq Avrasiya İqtisadi Birliyinin toplantısında Nikol Paşinyanla İlham Əliyev arasında yaşanan gərginlik üçtərəfli görüşə mənfi təsir etdi. Nikol Paşinyan İlham Əliyevin çıxışında səsləndirdiyi “koridor” ifadəsinə kəskin reaksiya verdi. Paşinyanın məntiqinə görə guya “Zəngəruz koridoru” ifadəsi Azərbaycanın Ermənistanın ərazisinə iddianı əks etdirir, “Laçın koridoru” isə nəzarətdə olmamalıdır. İlham Əliyev də cavabında dedi ki, “Zəngəzur koridoru” nəqliyyat yoludur və özündə Ermənistana qarşı ərazi iddiasını ehtiva etmir, Laçın yolunda isə sərhəd-keçid məntəqəsinin yaradılması Azərbaycanın müstəsna hüququdur və bu 2020-ci il 10 noyabr bəyanatına zidd deyil.

 

Politoloq Moskvaya gəlmədən öncə Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edən Nikol Paşinyanın Moskvada Prezident İlham Əliyevin “koridor” sözünə sərt reaksiya verməsinə diqqət çəkib:

 

“Böyük ehtimalla Paşinyan bu ifadəyə ona görə etiraz edib ki, Ermənistana qayıtdıqda radikal müxalifətin tənqidlərinə tuş gəlməsin. Çünki radikallar Paşinyanı onda ittiham edəcəkdilər ki, “Sən nədən İlham Əliyevin çıxındakı tezislərə reaksiya vermədin?”. Ancaq Paşinyanın İlham Əliyevlə polemikası birincinin xeyrinə olmadı. Çünki Avrasiya İqtisadi Birliyi liderlərini “koridor” ifadəsi narahat etmirdi, onlar üçün önəmli olan Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olmasıdır”.

 

 

 

E.Şahinoğlu Nikol Paşinyan iyunun 1-də Kişinyovda keçiriləcək görüşə ümid etdiyini qeyd edib. Çünki Avropa Siyasi Şurasının Moldova paytaxtında keçiriləcək toplantısında İlham Əliyev-Nikol Paşinyan-Şarl Mişel görüşündə Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts da iştirak edəcəklər:

 

“Paşinyanın Rusiyaya inamı yoxdur. O Makronun iştirak etdiyi format çərçivəsində saziş imzalamaq istəyir. Azərbaycan isə Makronsuz Brüssel formatı çərçivəsində sazişə üstünlük verir. Ancaq əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyan sənədə imza atmağa hazırdırsa, məkanın və iştirakçıların xüsusi əhəmiyyəti yoxdur”.

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR