“Ermənistanla mübahisəli məsələlər qalır”

11:19 27-05-2023 | icon 590 | İqtisadiyyat
“Ermənistanla mübahisəli məsələlər qalır”

Natiq Cəfərli: “Azərbaycanın Avrasiya İqtisadi Birliyinə ehtiyacı yoxdur”

 

“Azərbaycanın Avrasiya İttifaqına üzvlüyü ilə bağlı hansısa bir istəklərinin və yaxud hansısa  formada buna çalışdığının təzahürləri müşahidə olunmur. Çünki Azərbaycanın buna ehtiyacı yoxdur”.

 

Versus.Az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli Moskvada Avroasiya İqtisadi Birliyində qonaq kimi iştirak edən Azərbaycanın bu təsisata üzvlüyünün nə dərəcədə müzakirə mövzusu ola biləcəyi ehtimalı ilə bağlı açıqlamasında qeyd edib.

 

N.Cəfərli Azərbaycanın xarucu ticarət dövriyyəsinin daha çox qərblə bağlı olduğunu önə çəkib. Ekspert istinadla qeyd edib ki, Azərbaycanın dayanıqlı və özünü təmin edən müstəqil iqtisadiyyatı bizə  müstəqil xarici siyasət yürütməyə imkan verir.

 

Ekspert bildirib ki, bu gün Türkiyə üzərindən Avropaya qaz, neft ixracatını davam etdirən Azərbaycanın Avroasiya Birliyinə ehtiyacı yoxdur. Eyni zamanda ekspert hesab edir ki, Ermənistanla mövcud problemlər həll olunmayana qədər, Ermənistanın təsisçisi və iştirakçısı olduğu birlikdə iştirak etmək mümkün deyil:

 

“Rusiyanın bu istiqamətdə istəkləri və israrı ola bilər. Rusiya Azərbaycanı da o Birlikdə görmək istəyir. Amma Azərbaycan müxtəlif formatlarda keçirilən tədbirlərdə Rusiyanın ambissiyalarına cavab verəcək şəkildə tədbirlərdə iştirak edirsə, bu gələcəkdə o ittifaqda olacağımız anlamına gəlmir. İlk növbədə Azərbaycan iqtisadi, kommunikasiyalar olaraq daha çox qərbə bağlıdır, daha çox Qərb şirkətləri ilə çalışır. Digər bir tərəfdən, Azərbaycan-Ermənistan arasında məsələlərin həlli hələ uzun zaman çəkəcək. Dünənki tədbir də göstərdi ki, Azərbaycanın qonaq qismində iştirak etməsinə baxmayaraq bir çox məsələlərdə Ermənistanla mübahisəli məsələlər qalır. Belə bir şəraitdə Avrasiya İttifaqı kimi ümumi gömrük qaydaları olan təşkilatda Ermənistanla  birgə iştirak mümkünsüzdür. Ona görə də yaxın perspektivdə Azərbaycanın bu təşkilata üzv olması ilə bağlı hansısa bir addımlar atacağını düşünmürəm. Gələcəkdə isə buna ehtiyacın yarana biləcəyinə də şübhə edirəm”.

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...