"Avtokratik Liderlik: Diktatura, yoxsa İntizamlı Harmoniya?"

09:52 30-06-2023 | icon 515 | Cəmiyyət
"Avtokratik Liderlik: Diktatura, yoxsa İntizamlı Harmoniya?"

 

 

 

SƏRKƏRDƏ SƏRXANOĞLU

 

"Liderlik, bir dirijorun orkestrdə harmoniya təmin etdiyi kimi, bir təşkilatın da ahəngdar və təsirli fəaliyyətini şəkilləndirir. Fərqli liderlik üslubları fərqli musiqi mövzuları kimidir; hər biri öz ritmi, tonu və emosional təsiri ilə fərqlənir. Ancaq bəzi mövzular kimi "avtokratik rəhbərlik" mövzusu da  "bəyənilməyənlərdən biridir. Nəzarət və nizam-intizama fokuslanan bu liderlik tərzi çoxları tərəfindən mənfi tərz olaraq qəbul edilir. Biz isə bu yazımızda avtokratik rəhbərliyin dinamikasını, potensial güclü və zəif tərəflərini və düzgün konteksdə kəşf etməyə çalışacağıq.

 

Otokrasi nedir

 

Avtokratik rəhbərlik, adından da göründüyü kimi, hakimiyyətin mərkəzləşdirildiyi, liderin bütün qərarları təkbaşına qəbul etdiyi və çox vaxt az müzakirə və ya məsləhətə ehtiyac duyduğu bir liderlik üslubudur. Ancaq avtokratik rəhbərlik ümumi qavrayışından fərqli olaraq, hər zaman mənfi nəticələrə səbəb olmur. Əslində bəzi hallarda ən təsirli metodlardan biri belə ola bilər.

 

Əvvəla, avtokratik rəhbərliyi "diktatura" və ya "zülmkar idarəetmə" kimi etiketləmək əvəzinə, bu liderlik üslubunun əsas elementlərini başa düşməyə çalışaq. Avtokratik liderlər tez-tez tək qərarlar verirlər və əmrləri qətidir. Ancaq bir liderin avtokratik olması onun komanda üzvlərinin fikirlərini dəyərləndirməməsi demək deyil. Əslində, bir çox avtokratik lider müxtəlif perspektivləri toplayır və qiymətləndirir, ancaq yekun qərarı vermək üçün son sözü özü deyir.

 

 Bu liderlik üslubunun güclü tərəflərindən biri, qərar qəbul etmə prosesinin sürətidir. Avtokratik lider, xüsusən vaxt az olduqda və ya fövqəladə hallarda tez və təsirli qərarlar qəbul edə bilir. Bu, böhran vəziyyətlərində, hərbi əməliyyatlarda və ya daimi qeyri-müəyyənlik altında fəaliyyət göstərən təşkilatlarda kritik əhəmiyyət daşıya bilər.

 

yönetici « Plena Human Bütünsel İnsan Gelişim Akademisi

 

 Ancaq bir sıra hallarda isə avtokratik rəhbərlik təbiətinə görə komanda üzvlərinin motivasiyasına və yaradıcılığına mənfi təsir göstərir. Avtokratik liderin daim nəzarət və nizam-intizam altında saxladığı bir mühitdə işçilər tez-tez öz fikirlərini ifadə etmək və ya yaradıcı həllər təklif etməyə çəkinirlər. Bu, uzun vədədə, xüsusilə, innovasiya və adaptasiyanın kritik olduğu sahələrdə təşkilat və ya müəssisə üçün  olduqca təhlükəli ola, təşkilatın fəaliyyətinə mənfi təsir göstərə bilər. Bundan əlavə, komanda üzvləri çox vaxt özlərini kifayət qədər dəyərli hiss etmədikləri, öz qabiliyyətlərini və yaradıcılıqlarını ifadə edə bilmədikləri təqdirdə düşük ovqat və iş məmnuniyyətsizliyi yaşaya bilərlər.

 

Lakin bu, avtokratik rəhbərliyin həmişə yanıldıcı olduğu demək deyil. Əslində, avtokratik liderlik üslubunun effektiv tətbiqi, bir təşkilatın səmərəliliyini artıra bilər. Məsələn, yeni və ya təcrübəsiz komanda üzvləri tez-tez qeyri-müəyyənliklə üzləşirlər və aydın və konkret rəhbərliyə ehtiyac duyurlar. Bundan başqa, intizamlı və mütəşəkkil iş mühiti, xüsusilə mürəkkəb və zamana həssas layihələrdə nəticələrin ardıcıl və yüksək keyfiyyətli olmasını təmin edə bilər.

 

Avtokratik liderlər öz vizyonlarına ciddi şəkildə bağlıdırlar və bu, əksər hallarda komandalarını konkret hədəflərə çatmağa sövq edir. Çox sayda işçisi olan böyük təşkilatlarda avtokratik rəhbərlik sürətli və ardıcıl qərarlar qəbul etməyi və həyata keçirməyi asanlaşdıra bilər.

 

Nəticə etibarilə, avtokratik rəhbərlik anlayışı mənfi bir məna daşısa da, istifadə olunan kontekstindən və həyata keçirilmə üsulundan asılı olaraq dəyərli olması da mümkündür. Əsas məqam odur ki, hər bir liderlik üslubu müəyyən vəziyyətlərə və kontekstlərə, o cümlədən, avtokratik rəhbərliyə uyğun ola bilər. Odur ki, liderlər vəziyyətləri diqqətlə nəzərdən keçirməli, hansı üslubun ən təsirli olacağını müəyyənləşdirməli, həmçinin komanda üzvlərinin ehtiyac və gözləntilərinə diqqət yetirməlidirlər.

 

Beləliklə, avtokratik rəhbərliyi tamamilə rədd etmək əvəzinə, onun üstünlüklərini və mənfi cəhətlərini anlamaq və hansı vəziyyətlərdə təsirli ola biləcəyini müəyyən etmək vacibdir. Nəticədə rəhbərliyin məqsədi bir komandanı və ya təşkilatı müəyyən hədəflərə yönəltməkdir və bunun üçün ən uyğun liderlik üslubundan istifadə tələb olunur.

 

Liderlik Nedir? İyi Bir Yöneticinin Özellikleri Nelerdir? - Blog - MieS

 

Qeyd: Avtokratiya sözü qədim yunanca autos (“öz”) və kratos (“güc”) sözlərindən yaranmışdır. Kratos qədim Yunanıstanda hakimiyyətin təcəssümü olan Kratosdan götürülmüşdür. Orta əsr yunan dilində Autokratēs termini, həqiqi gücündən asılı olmayaraq, imperator tituluna sahib olan hər bir şəxs üçün istifadə edilmişdir. Bu termin Qədim Yunanıstanda və Romada müxtəlif mənalar daşıyırdı. Orta əsrlərdə Bizans imperatoru Romalıların avtokratı adlanırdı. Bəzi tarixi slavyan hökmdarları, məsələn, Bizans təsiri ilə rus çarları və imperatorları, Avropanın digər bölgələrindəki konstitusiya monarxlarından fərqləndirərək, avtokrat titulunu rəsmi titullarının bir hissəsi kimi istifadə edirdilər.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ