"Azərbaycanda tədbirlər həmişə yüksək səviyyədə keçirilir"

15:43 16-02-2019 | icon 395 | Siyasət
"Azərbaycanda tədbirlər həmişə yüksək səviyyədə keçirilir"

 

Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku vacib təşəbbüsdür.

 

Versus.Az Milli.az-a istinadən bildirir ki, bunu jurnalistlərə Braziliyanın Azərbaycandakı səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Krus deyib.

 

O tədbirin çox yaxşı təşkil olunduğunu deyib: "Braziliyadan burada kiçik, amma yüksək səviyyəli komanda çıxış edir. Bizim iki medalçı gimnastımız var, biz onlara böyük ümidlər bəsləyirik".

 

Səfir qeyd edib ki, o, Azərbaycanla Braziliya arasında idman münasibətlərinin inkişafı məqsədilə əlindən gələni etməyə hazırdır.

 

Səfirin sözlərinə görə, Azərbaycanda tədbirlər həmişə yüksək səviyyədə keçirilir:

"Mən sizin bu il keçirəcəyiniz digər turnirləri də səbirsizliklə gözləyirəm. İdman beynəlxalq qardaşlıq və anlaşma dilidir və biz xalqlarımızı birləşdirmək üçün bunu təşviq etməliyik. Mən ümid edirəm ki, bu işə töhfəmi verə biləcəyəm. Sizin Braziliyada yaxşı səfiriniz var, o da yaxşı iş görür. Fikrimcə, birlikdə biz yaxşı işlər görəcəyik".

Qeyd edək ki, Bakıda batut gimnastikası və tamblinq üzrə ilin ilk Dünya Kuboku keçirilir. Turnirdə 30 ölkədən 160-dan çox gimnast iştirak edir.

Tokio Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan və batutçular üçün ilin ən vacib startlarından biri olan bu Dünya Kubokunda Vladislav Qonçarov, Rozanna Maklennan, Ceyson Börnett, Dun Dun, Qao Ley, Dmitri Uşakov və Peyc Brioni kimi Olimpiya ulduzları mübarizə aparır.

Azərbaycanı isə batut yarışlarında qadınlar arasında sinxron proqramda son Avropa çempionatının gümüş medalçısı Veronika Zemlyanaya, kişilər arasında sinxron və fərdi proqramlarda Ruslan Ağamirov, İlya Qrişunin, Oleq Piunov və tamblinq cığırında Avropa çempionumuz (2018-ci il) Mixail Malkin təmsil edirlər.

İki gün davam edəcək yarışların ilk günü təsnifat mərhələləri keçirilir, ikinci gün isə final mərhələləri baş tutacaq.

Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi "AGF Trophy" Kuboku da təqdim olunacaq.

2019 və 2020-ci illərdə Tokio Olimpiya Oyunlarına batut gimnastikası üzrə təsnifat xarakterli 6 Dünya Kuboku keçiriləcək. Paytaxtımız gələn il bu kuboklardan daha birinə də ev sahibliyi edəcək.

Xatırladaq ki, ötən il Bakıda 26 ölkənin iştirakı ilə gimnastikanın bu növü üzrə Avropa çempionatı, daha öncəki illərdə isə Dünya kubokları (2016-cı il 17 ölkə, 2017-ci il 15 ölkə) keçirilib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR