“Könüllülər Parlamenti – Azərbaycan, 2019” 

11:39 18-02-2019 | icon 413 | Siyasət
“Könüllülər Parlamenti – Azərbaycan, 2019” 

 

Fevralın 18-də Milli Məclis və “ASAN Könüllüləri” Təşkilatının birgə əməkdaşlığı ilə “Könüllülər Parlamenti – Azərbaycan, 2019” layihəsinin açılış mərasimi keçirilib.

 

Versus.Az - ın məlumatına görə, tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

 

Daha sonra tədbirdə çıxış edən Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov layihənin əhəmiyyətindən danışıb. O qeyd edib ki, 2012-ci ildə Prezident İlham Əliyevin fərmanı ilə yaradılan “ASAN Xidmət” artıq dövlətdaxili deyil, beynəlxalq hüquqi reallığa çevrilib:

 

“Bir çox ölkələr “ASAN Xidmət”in təcrübəsindən yararlanmaq istəyir. Çox qısa müddətdə milyonlarla şəxs “ASAN Xidmət”ə müraciət edib. Tək Azərbaycan Respublikası vətəndaşları deyil, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də bu xidmətlərdən yararlanır. Sizin gələcək fəaliyyətiniz üçün burada qazanacağınız təcrübə böyük rol oynayacaq”.

 

Tədbirdə çıxış edən “ASAN Xidmət”in İnsan resursları və təlim şöbəsinin müdiri Orxan Dəmirli isə qeyd edib ki, “ASAN Könüllüləri” hazırda 17 mindən çox könüllünü özündə birləşdirir.

 

“Bu, bir hərəkata çevrildi. Hərəkat çərçivəsində yüzlərlə layihə həyata keçirilib. Ümumilikdə bu layihələr “ASAN Könüllüləri”nə daxil olmayan gəncləri də əhatə etdi. Təqribi hesablamalara görə, 50 min gənci əhatə edən tədbirlər həyata keçirdik”.

 

O.Dəmirli bildirib ki, “Əsgərə məktub”, “ASAN məktub” layihələri cəmiyyətdə bütün təbəqələrdən olan şəxslərin iştirakını təmin edib: “Həmin layihələr cəmiyyətimizdə çox tanınır və hamı bu layihələrə qoşulur. “Könüllülər Parlamenti” layihəsini də həyata keçiririk. Bu layihə nəticəsində fəal gənclərə imkan yaradılır ki, onların siyasi, qanunvericilik proseslərində iştirakları təmin olunsun. 1300-ə yaxın gənc bu layihədə iştirakçı olmaq istədi. 4 gün davam edən bu layihə çərçivəsində onlar qanunvericilik proseslərini öyrənəcəklər. Qanun layihələri irəli sürüb Milli Məclisin komitələrinin iclaslarında iştirak edəcəklər. Onların Milli Məclisin deputatları ilə görüşləri olacaq”.

Daha sonra çıxış edən Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev deyib ki, 2012-ci ildən fəaliyyət göstərən “ASAN Xidmət” bir brenddir: “ASAN Xidmət” dünyada Azərbaycanla bağlı çox gözəl bir imic formalaşdırıb, o cümlədən daxildə vətəndaşlar üçün böyük imkanlar açıb, vətəndaş və dövlət münasibətlərini tamamilə fərqli bir formasını yaradıb".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı