Üç Azərbaycan romanı haqqında VİDEOÇARXLAR

13:53 26-09-2023 | icon 409 | Cəmiyyət
Üç Azərbaycan romanı haqqında VİDEOÇARXLAR

“Vətəndaş Tribunası” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2023-cü il kiçik qrantlar müsabiqəsinin qaliblərindən biri kimi “Müasir Azərbaycan ədəbiyyatının önəmli nəsr nümunələrinin ölkədə və xaricdə tanıdılması” layihəsi çərçivəsində müəlliflərlə görüş təşkil edib.

 
 
Versus.Az xəbər verir ki, sentyabrın 22-də Beynəlxalq Avrasiya Mətbuat Fondunun ofisindəki iclas zalında keçirilən görüşdə yazıçı müəlliflər Şərif Ağayar, Mehriban Vəzir, Kəramət Böyükçöl və ədəbi ictimaiyyətin tanınmış nümayəndələri, jurnalistlər, QHT, siyasi partiya rəhbərləri, millət vəkilləri və sıravi oxucular iştirak edib.
 
 
Tədbirin aparıcısı, layihə rəhbəri Səfər Alışarlı giriş nitqi söyləyərək layihəni dəstəkləmiş Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü bildirib. S.Alışarlı insanların və cəmiyyətin mənəvi yüksəlişində ədəbiyyatın rolundan və önəmli nəsr nümunələrimizin ölkədə və xaricdə tanıdılmasının vacibliyindən danışaraq layihə çərçivəsində görülmüş işləri diqqətə çatdırıb.
 
Qeyd edilib ki, layihə üçün müəllif və roman seçimində əsas meyar istedad və bədii keyfiyyətlər baxımından mükəmməl yazılmış əsərlər olub. Layihə rəhbəri bildirib ki, Şərif Ağayarın “Arzulardan sonrakı şəhər”, Mehriban Vəzirin “Gövhər ağa Cavanşir” və Kəramət Böyükçölün “Çöl” romanlarının tanıdılması yönündə aparılmış təbliğat kampanıyası üçün bu əsərlərin hər biri haqda videoçarxlar hazırlanıb, məqalələr yazılaraq xarici və daxili mətbuatda çap edilib, müəlliflərin əsərləri haqda məlumatlar xarici ölkələrin elektron ədəbi resurslarına göndərilib, həmçinin sosial şəbəkələrdə çoxsaylı paylaşımlar edilib.
 
 
Videoçarxlara baxışdan sonra tədbir iştirakçılarından – millət vəkili, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, millət vəkili Etibar Əliyev, tənqidçi Məti Osmanoğlu, şairlər Murad Köhnəqala, Tahir Taisoğlu, Nazim Əhmədli, İslam Sadıq, Aydın Uluxanlı, Ağacəfər Həsənli, Adilə Nəzər, Əhməd Qəşəmoğlu, İslam Babazadə, Arzu Nehrəmli, İnqilab Orxan, Rəşid Göyçə, Fəridə Azəri, Əlisəmid Kür, yazıçılar Azad Qaradərəli, Mirmehdi Ağaoğlu, İlham Əziz, Aləm Kəngərli, Xeyrulla Ağayev, eləcə də Mikayıl Müşfiq ocağının təmsilçisi Leyla Axundzadə, QHT rəhbəri Dilarə Nağıyeva təbliğ edilən romanların bədii məziyyətləri, onların müasir ədəbiyyatımızda yeri haqda danışıb, layihəni yüksək dəyərləndiriblər.
 
 
Sonda çıxış edən müəlliflər Mehriban Vəzir, Kəramət Böyükçöl və Şərif Ağayar adı çəkilən əsərlərinin yazılış tarixçəsi, obraz və ideyalarını təhlil ediblər.
 
 
PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Bu dövlətlər dominant Qərb güclərinə qarşı müttəfiqlər axtarır"

"Dünya bir daha görəcək ki, Azərbaycan öz təşəbbüsləri ilə beynəlxalq təhlükəsziliyə xidmət edir"

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Prezidentdən ali təhsillə bağlı SƏRƏNCAM

Ən yüksək cəriməsi olan inzibati CƏZALAR

Bankların "qara siyahı"sına kimlər düşür?

COP29 QHT-lər üçün unikal ŞANSDIR

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ