DYP-dən Anım Günü ilə bağlı ÇAĞIRIŞ

18:17 26-09-2023 | icon 233 | Cəmiyyət
DYP-dən Anım Günü ilə bağlı ÇAĞIRIŞ

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi 27 Sentyabr – Anım Günü ilə bağlı paytaxt sakinlərinə müraciət edib.

 

Versus.az xəbər verir ki, bu darənin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.

 

O bildirib ki, yol polisi Şəhidlər Xiyabanı və İkinci Fəxri Xiyabana ziyarətçilərin, hər il olduğu kimi, axınını nəzərə alaraq, həmin ərazilərdə gün ərzində təhlükəsizliyi təmin etmək məqsədilə nizamlayıcı qismində xidməti təşkil edəcək:

 

“Lakin bütün ziyarət edən şəxslərdən xahiş edirik ki, hərəkətin intensivliyini nəzərə alaraq, əraziyə şəxsi avtomobilləri ilə deyil, ictimai nəqliyyatla gəlsinlər. Şəxsi minik avtomobilləri ilə gələn ziyarətçilər isə avtomobillərini yolun hərəkət istiqamətindən saxlamasınlar”.

 
 

Qeyd edək ki, sentyabrın 27-də Azərbaycanda İkinci Qarabağ müharibəsi şəhidlərinin Anım Günüdür. Artıq Bakının küçə və prospektlərində 27 sentyabrla bağlı Vətən müharibəsi barədə şüarlar yazılıb, plakatlar hazırlanıb, binaların eyvanlarından Azərbaycan bayraqları asılıb.

 

Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də başlayan, 44 gün davam edən və Azərbaycanın Ermənistan üzərində parlaq qələbəsi ilə nəticələnən Vətən Müharibəsinin başlanmasının ildönümüdür.

 

Vətən Müharibəsində qəhrəmancasına döyüşən, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr Respublikamızda Anım Günü kimi qeyd olunur.

 

44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavənd rayonunun böyük hissəsini, Laçın rayonunun bir sıra kəndlərini işğaldan azad edib. Bu müddət ərzində ümumilikdə, 5 şəhər, 4 qəsəbə, 286 kənd, çox sayda strateji yüksəkliklər geri qaytarılıb.

 

Noyabrın 8-də isə 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilib. Bundan sonra Ermənistanın kapitulyasiya aktına imza atmaqdan başqa çıxış yolu qalmayıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

DƏHŞƏT! Əlillik dərəcəsi ilə bağlı ŞİKAYƏTLƏR

Həmkarlar Konfederasiyası nəyi harda, nə vaxt edəcəyini bilmir

Uşaqları udan bu KABUS həkimdən QORXUR

“Növbədənkənar prezident seçkiləri gözlənilən qərar idi”

Əfsanəvi çempionun ustad dərsi keçirilib

Daha bir məktəbdə qızılca aşkarlandı

İrəvanı tərk edən və ölümlə hədələnən sonuncu Qərbi Azərbaycan türkü

“Qəbələ” son çempiona qarşı

Əlil olan şəxslərin sosial ödənişlərində fərq olmayacaq

Elm və Təhsil Nazirliyində DƏYİŞİKLİK

Ananın yaşayışı görənləri ŞOKA SALDI

Bu ilin ən yaxşı 10 FİLMİ

30 dəqiqə gəzmək ömrü bu qədər artırır

Hafiz Hacıyev 5-ci dəfə prezidentliyə namizəd olacaq

Bu şəxslər 7 min manat CƏRİMƏLƏNƏCƏK