“Qərar ver, qol vur: Futbol meydanından ofislərə idarəçilik və liderlik dərsləri”
Bir futbol meydanı; yaşıl rəngin ən canlı tonlarına boyanmış, yuvarlaq dəri topun hakim olduğu bir mənzərə. Tamaşaçıların ürəyini döyündürən maraqlı matçlar, həyata keçirilən taktikalar və meydanda çıxış edən oyunçular dünyada milyonlarla insana ilham verir. Ancaq bu səhnənin arxasında meydanın qəhrəmanlarını, strategiyalarını müəyyən edən və oyunun təbiətini şəkilləndirən gizli bir sənətçi var. Bu sənətçi, baş məşqçidir.
O biri tərəfdən, eyni mürəkkəblik, qeyri-müəyyənlik və amansız rəqabətin sərhədləri içində başqa bir arena da var: iş dünyası. Futbol ve iş aləmi, ilk baxışda fərqli dünyalar kimi görünə bilər. Bir futbol matçı, misilsiz strategiyaların, təsirli komanda çalışmalarının, gözlənilməz çətinliklərin və zəfər həyəcanının səhnəsi olduğu kimi, iş dünyası da öz hekayəsini yazır. Soruşa bilərsiniz ki, ikisi arasında bir bağ varmı? Əlbəttə var. Yaxından nəzər saldıqda, hər iki dünyanın da təməlində eyni bacarıqların yatdığını görə bilərik. Yaxşı bir baş məşqçi bir biznes idarəçidən fərqli deyildir – ikisi də strategiya qurur, motivasiyanı təmin edir, istedadları idarə edir və çətinliklərin öhdəsindən gəlir. Strategiya qurmaq, liderlik, komanda formalaşdırma, motivasiya və hədəf müəyyənləşdirmə kimi ünsürlər futbol sahəsindən ofislərədək hər sahədə keçərlidir. Hər iki sahədə liderlər taktiki və strateji düşünmək qabiliyyətinə malik olmalıdırlar. Futbol məşqçisi meydanda oyuna nəzarət etməli, strategiyalar hazırlamalı və qarşılaşdıqları vəziyyətlər qarşısında cəld qərarlar qəbul etməlidir. Eynilə, biznes lideri də rəqabətli bazar şərtləri qarşısında sürətli və effektiv strategiyalar hazırlayıb həyata keçirməlidir. Hər iki halda uğur liderin vəziyyəti düzgün qiymətləndirmək və müvafiq strategiyaları həyata keçirmək bacarığından asılıdır.
Bu məqaləmizdə, işdəki liderlik və futbol komandası arasındakı bənzərliklərə nəzər salacaq və bir liderin necə “qazanan komanda” formalaşdırmasını kəşf edəcəyik.
***
Dediyimiz kimi, futbol məşqçiləri ilə biznes liderləri arasında çoxlu oxşarlıqlar var. Hər ikisi strateji düşüncə, motivasiya, komandanın idarə edilməsi və məqsəd qoymada bacarıq və bilik tələb edir. Lakin bu oxşarlıqlar o demək deyil ki, futbol məşqçisi asanlıqla iş dünyasına və ya biznes idarəçisi futbol sahəsinə keçə bilər. Hər sahənin öz mürəkkəbliyi və çətinlikləri var. Futbol menecerləri oyunçuların fiziki imkanlarını, oyun qaydalarını və meydançanın şərtlərini nəzərə almalı olduqları halda, iş dünyasının liderləri bazar şərtlərini, müştərilərin tələblərini və hüquqi problemləri diqqətə almalıdırlar. Ancaq hər iki dünyadan ötürülə bilən məlumatların olduğu bir həqiqətdir. İş dünyası futboldan komanda ruhunu, rəqabəti və strateji düşüncəni, futbol isə iş dünyasından səmərəliliyi, davamlı inkişafı və yeniliyi öyrənə bilər.
Futbol məşqçisinin matçı idarə etmə tərzi ilə biznes liderinin layihəni idarə etmə tərzi arasında təəccüblü oxşarlıqlar tapmaq olar. Hər ikisi uğurun sirrinin düzgün planlaşdırma, mükəmməl icra və vəziyyətə uyğun çeviklikdə olduğunu bilir. Və hər ikisi uğur qazanmaq üçün qeyri-adi qətiyyət, ehtiras və əzm nümayiş etdirir.
Motivasiya və komanda idarəçiliyi həm futbol məşqçilərinin, həm də iş dünyası liderlərinin kilid bacarıqlarındandır. Futbol məşqçisi oyunçularını motivasiya etmək, onların istedadlarından maksimum yararlanmaq və onların meydanda bir komanda kimi hərəkət etmələrini təmin etmək üçün üçün müxtəlif üsullardan istifadə edir. İş dünyasının liderləri də işçiləri həvəsləndirmək, onları ümumi məqsədə yönəltmək və ən optimal performansa nail olmaq üçün oxşar üsullara baş vurur. Ona görə də həm futbol məşqçiləri, həm də iş liderləri motivasiya etmə və komanda idarəçiliyi mövzusunda sözün əsl mənasında ustalaşmalıdırlar.
***
İstər futbol meydançasında, istərsə də iş dünyasında hədəflər qoymaq və onlara nail olmaq üçün plan yaratmaq da vacibdir. Futbol məşqçisi komandasının mövsüm üçün hədəflərini müəyyən edir və bu məqsədlərə çatmaq üçün oyun planı yaradır. Biznes liderləri də şirkətin məqsədlərini müəyyən edir və həmin məqsədlərə çatmaq üçün strateji plan yaradırlar. Hər iki halda qarşıya qoyulan məqsədlərə nail olmaq uğurun açarıdır.
Bir futbol komandasının baş məşqçisi strateji bir vizyona sahibdir, oyunlara hazırlaşarkən rəqiblərinin güclü və zəif yönlərini analiz edər, öz oyunçularının bacarıqlarını diqqətə alaraq matçın ümumi strategiyasını müəyyənləşdirər. İş dünyasında bir idarəçi də eyni yanaşmanı mənimsəməlidir; bazarın durumunu analiz etmək, rəqibləri və müştəriləri anlamaq, öz komandasının nacarıqlarını diqqətə almaq və strateji hədəflər müəyyənləşdirmək.
***
Bir futbol komandasında, oyunçular arasında effektiv kommunikasiya və birlikdə çalışma ruhu olmazsa olmazdır. Bir komandanın həqiqətən də uğurlu ola bilməsi üçün, oyunçuların baş məşqçinin vizyonunu anlamaları və meydanda bu vizyonu həyata keçirə bilmələri tələb olunur. İş dünyasında da eynilə, yaxşı bir idarəçi, komanda üzvlərinin birlikdə çalışmasını təşviq edər, açıq və intizamlı bir kommunikasiya qurar və hər kəsin ortaq hədəflərə çatması üçün birgə fəaliyyəti təmin edər.
***
Bir baş məşqçi, hər bir oyunçusunun qabiliyyət və bacarıqlarını anlamaq məcburiyyətindədir. Hər oyunçunun sahib olduğu unikal istedad və bacarıqlar, komandanın ümumi uğuruna töhfə verir. İş dünyasında da, yaxşı bir idarəçi, hər bir komanda üzvünün istedad və bacarıqlarını anlayır və bunları ən yaxşı şəkildə istifadə edir. Effektiv bir idarəçi, hər bir şəxsin özünəməxsus istedad və bacarıqlarını təqdir edər və onlardan hədəfə çatmaq üçün necə istifadə edəcəyini yaxşı bilir.
***
Bir baş məşqçi, oyunçularının davamlı olaraq inkişafında maraqlıdır. Bu, oyunçuların həm fərdi bacarıqlarını inkişaf etdirmək, həm də komandanın ümumi performansını artırmaq üçün kritik əhəmiyyətə sahibdir. Baş məşqçilər, oyunçularının qabiliyyətlərini ən üst səviyyəyə çıxarmaq üçün nizamlı məşqlər və təlim seansları tərtib edərlər. İş dünyasındakı yaxşı bir idarəçi də komanda üzvlərinin davamlı öyrənmə və inkişaf etmə fürsətlərinə sahib olmasını təmin edir ki, bu da, təlim proqramları, mentorluq, performans rəyləri və karyera planları ilə gerçkləşdirilir.
***
Futbol təbiəti etibarilə rəqabətçi bir idman növüdür və uğurlu bir baş məşqçi, rəqiblərini analiz və müasir taktikalar inkişaf etdirib tətbiq etmə qabiliyyətinə sahib olmalıdır. Eyni şəkildə, iş dünyasında bir idarəçi, amansız rəqabətin hökm sürdüyü bazarda ayaqda dura bilmək üçün daima yenilikçi və yaradıcı olmalıdır. Bu, yeni fikirləri təşviq etmək, dəyişikliyi qəbullanmaq və daimi olaraq öyrənməyi və inkişafı davam etdirmək mənasına gəlir.
***
Bir futbol matçında, gözlənilməz vəziyyətlər hər zaman ortaya çıxa bilər: zədələnmələr, qırmızı kartlar və ya xətalı hakim qərarları. Bu durumlarda baş məşqçinin sürətli və effektiv bir şəkildə qərar verməsi və strategiyasını sürətli bir şəkildə tənzimləmə qabiliyyəti test edilir. İş dünyasında, bir idarəçi də bənzər böhran vəziyyətiylə qaşılaşa bilər: gözlənilməz bazar dəyişiklikləri, maliyyə çətinlikləri, və ya idarəetmə krizisləri. Bu durumlarda idarəçinin çevik və dayanıqlı olması, sürətli və effektiv qərarlar verə bilməsi gərəkməkdədir.
***
Nəticə etibarilə, iş dünyasında uğurlu bir rəhbər olmaqla bir futbol komandasını idarə etmək arasında olduqca çoxlu bənzərlik vardır. Hər iki durumda da strateji düşünmə, effektiv ünsiyyət, istedadları inkişaf etdirmə strategiyası, davamlı öyrənmə və inkişaf, yenilikçilik və böhranlı vəziyyətlərin idarə edilməsi kimi bacarıqlar son dərəcə əhəmiyyətlidir.
Dolayısı ilə, növbəti iş toplantınıza gedərkən və ya bir sonrakı futbol matçınızı izlərkən, bu bənzərliklər ağlınızda olsun. Bəlkə də futbol meydanlarında öyrəndiyiniz bir neçə kiçik dərs, iş dünyasında uğura gedən yolu tapmanıza kömək ola bilər.
Sərkərdə Sərxanoğlu
Xəbər lenti
Tramp Fransa hakimiyyəti ilə məsafə saxlayan siyasət yürüdəcək
“Fransa eyni siyasəti Cənubi Qafqazda da həyata keçirmək istəyir”