Qüdrət Həsənquliyevdən növbəti ŞOK SÖZLƏR:

17:47 22-02-2019 | icon 905 | Siyasət
Qüdrət Həsənquliyevdən növbəti ŞOK SÖZLƏR:

 “Dostum Əliməmməd Nuriyevin fikirləri mənim sizə dediklərimi təkzib etmir”.

 

Versus.Az “Hürriyyət”-ə istinadla xəbər verir ki, bunu BAXCP sədri, deputat Qüdrət Həsənquliyev deyib. Deputatın sözlərinə görə, o, Naxçıvanda heç bir iş görülmədiyi barədə hər hansı fikir söyləməyib:

 


“Əksinə, mən demişəm ki, muxtar respublikada Azərbaycandan ayrılan dotasiyalar hesabına yollar çəkilib, bəzi məktəblər, xəstəxanalar, inzibati binalar tikilib və ya bərpa olunub. Amma bu investisiyalar istehsal sahələrinə yatırılmadığından Naxçıvanın sosial-iqtisadi vəiyyətinin yaxşılaşdırılmasına kifayət qədər təsir göstərməyib. Muxtar respublika vətəndaşlarına öz həyatlarını sürdürə bilmələri üçün yeni iş yerləri açılmalı, müəssisələr fəaliyyət göstərməlidir. Bunlar edilərdisə, muxtar respublikadan başqa şəhər və ölkələrə köçün qarşısı alınar və Naxçıvan abadlaşardı. Təəssüf ki, muxtar respublikada münbit biznes mühitinin də olmaması bölgədə çətin vəziyyət yaradır və insanların öz yurd-yuvalarını tərk etmələrinə yol açır. Hazırda İstanbulda bəzi məhəllələrin Naxçıvan məhəlləsi adlanması, Bakıya, respublikanın digər rayonlarına xeyli naxçıvanlının pənah gətirməsi də bununla əlaqədardır. Mən bütün problemləri yalnız obyektiv səbəblərin – blokada şəraitinin üstünə atılmasının tərəfdarı deyiləm. Blokada şəraitində yaşamasına baxmayaraq, Naxçıvanda daha ciddi inkişafa nail olmaq mümkün idi”.

 

Naxçıvan camaatının xarakter etibarilə ələ baxan olmadığını, öz alın təriylə dolanışığını təmin etmək istədiyini vurğulayan deputat onunla “mənasız polemika”ya girənləri bu sosial tələblərə cavab verməyə, hansısa yeni tikilmiş iaşə binalarının şəkilini çəkib paylaşmamağa çağırdı:


“Siz kəndlərin içinə girin, istehsal və emal müəssisələri ilə maraqlanın. Bu adamlar Naxçıvan iqtisadiyyatnın ödədiyi vergi, iş yerləri barədə danışsınlar. Güclü iqtisadiyyat 83 milyon vergi ödəyər? Bu, babat bir şirkətin ödədiyi vergi qədər vəsaitdir. İş yerləri varsa, camaat niyə Naxçıvannı tərk edir? 455 min adamdan Naxçıvanda nə qədəri qalıb? Əbrəqunusda internat və kənd məktəbini söküb bir məktəb tikiblər, çünki uşaq yoxdu. Köhnə kənd məktəbi, xəstəxana, aptek, çayçılar, sovxozun inzibati binası, rabitə binası , çörək zavodunun yeri, klub, kitabxana, iki şərab zavodu və s. dağılıb. Yeri xarabalıqdır. Bunlar nəyin mübahisəsini edir, bilmirəm. Naxçıvanın iqtisadiyyatının daha güclü olması üçün təkliflər vermişəm. Azad iqtisadi zona yaransın, Naxçıvanın sosial iqtisadi inkişafına dair xüsusi dövlət proqramı qəbul olunsun”.

 

Deputat açıqlamasında ciddi bir məqama da toxundu. Onun sözlərinə görə, Naxçıvanda Prezidentə və onun yaxın ətrafına iş tapılmır:


“O qədər iş yeri açılsın ki, Prezidentə və onun yaxın ətrafına çıxışı olan adamlar da iş tapa bilsin, vəzifə alsın, yaxud iş yerini itirməsin”.

 


Qüdrət Həsənquliyevin fikrincə, xoşməramlı tənqiddən nəticə çıxarmaq əvəzinə, muxtar respublikada ittihamlara cavab kampaniyasına start verilməsi də anlaşılan deyil və kimlərinsə muxtar respublika rəhbərliyi qarşısında özlərini şirin göstərməyə hesablanıb:

“Bu kimi yanaşmalar problemlərin müsbət həllinə, mütərəqqi islahatlara, dünyayla ayaqlaşmağa xidmət etmir”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Dünyanın ən yaxşı ordularına malik ölkələr

Sərbəst güləş millimiz dünya çempionatında 3-cü olub

Maqsud bəyin ulduzu Şöhrət Xiyabanında peyda oldu

Bərdə terrorundan 4 il ötür

Güləşçilərimiz 8 medal qazandı

MM-in komitə sədrindən DƏSTƏK

Bu gün daha dörd oyun keçiriləcək

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

İki nəfərin öldüyü tunelə giriş-çıxış BAĞLANDI

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Türkiyə Cümhuriyyəti - 101

Kirayə yolu ilə mənzil satışı SADƏLƏŞİB