Magistraturalara qəbul imtahanı keçirilir

09:40 24-02-2019 | icon 496 | Təhsil
Magistraturalara qəbul imtahanı keçirilir

Magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsi respublikanın 5 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəran şəhərlərində, ümumilikdə 39 imtahan binasında aparılacaq.

 

Dövlət İmtahan Mərkəzindən Versus.Az-a verilən məlumata görə, imtahan bütün binalarda eyni vaxtda saat 13:00-da başlayacaq və 2 saat 30 dəqiqə davam edəcəkdir.

İmtahan xarici dil fənni üzrə dinləmə mətninin səsləndirilməsi ilə başlayacaq. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış - saat 12:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində göstərilən vaxtda gəlmək lazımdır.

 

Bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədilə “Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunacaq. Bu texnologiyanın tətbiq edilməsində əsas məqsəd bakalavrların imtahan binasına buraxılış rejimini daha surətli həyata keçirmək və qeydiyyatdan keçmiş bakalavrların əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır.

Bakalavrlar imtahana gələrkən aşağıda göstərilən sənədləri mütləq özləri ilə gətirməlidirlər:

 

- Şəxsiyyəti təsdiqləyən sənədin əslini;

- “İmtahana buraxılış vərəqəsi”ni.

Göstərilən sənədləri arasında uyğunsuzluq aşkarlanan, yaxud həmin sənədlərdən biri olmayan şəxslər imtahana buraxılmayacaq.

 

Məlumat üçün qeyd edək ki, ərizələrin qəbulu internet vasitəsilə fevralın 1‑dən 11-dək aparılıb. İmtahanda iştirak üçün 12685 bakalavr ərizə təqdim edib. Onlardan 11503 nəfəri Azərbaycan bölməsi, 1182 nəfəri rus bölməsi üzrə imtahan verəcəkdir. Ərizə verənlərin 5508 nəfəri oğlan, 7177 nəfəri isə qızlardır. Bakalavrlardan 7311-i cari ilin, 5374-ü isə əvvəlki illərin məzunlarıdır, 23 nəfər xarici ölkə vətəndaşıdır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Ermənistan və Azərbaycan delimitasiyanı hansı xəritə ilə aparacaq?

Yer tarixinin ən iri ilanının QALIQLARI