“Bu, bizim Naxçıvana və onun torpağına təhdiddir”

18:01 27-02-2019 | icon 630 | Siyasət
“Bu, bizim Naxçıvana və onun torpağına təhdiddir”

İlqar Altay: Bizim tarixçilər, dinşünaslar, deputatlar bu məsələ ilə bağlı səslərini qaldırmalıdırlar”

 

 

“Rusiya və Novo-Naxcıvan eparxiyasının mərkəzinin Moskvada olması, sədrinin erməni olub, dini təsiri üzrə Rusiya, Belarus, Pribaltika respublikaları və hətta Qazaxstan, Özbəkistan kimi Orta Asiya türk dövlətlərini əhatə etməsi və 3 milyondan çox inanclısının olması bizim Naxçıvan Respublikamız və onun torpağına təhdiddir. Bu məsələ getdikcə vüsət alıb bizim Naxçıvanı dünya qarşısında erməni ərazisi və sonra da mənimsəmə bazası edə bilər”.

 

Bunu Versus.Az-a siyasi ekspert İlqar Altay Rusiya və Novo-Naxçıvan eparxiyasının Kafedral soboru və Xram kompleksinin 2013-cü ildə Moskvada açılması və Azərbaycana qarşı təhdidləri ilə bağlı açıqlamasında deyib:

 

“Mən tarixçi deyiləm, amma məlumatıma görə, Rusiya və Novo(Yeni)-Naxçıvan Eparxiyası 300 il bundan əvvəl Rostov yaxınlığında ermənilərin sıx yaşadığı kəndlərin mərkəzi Naxçıvan adlı yaşayış qəsəbəsində yaradılıb. İndi o, orada Naxcıvan şəhəridir. Tarixə görə, bu erməniləri Rusiya çarı Yekaterina Krım yarımadasını işğal etdikdən sonra oradan Rostov ətrafına köçürüb. Bu erməni icmasının adı əvvəl Nor-Naxcıvan olub, 1988-ci ildə Novo-Naxcıvan ediblər. İş ondadır ki, bu ermənilər də əslən bizim Naxçıvandan olduqlarını və 900 il əvvəl oradan köçürüldüklərini ya köçdųklərini iddia edirlər”.

 

İ.Altay bildirib ki, bizim tarixçilər, dinşünaslar, millət vəkilləri bu məsələ ilə maraqlanıb səslərini qaldırmalıdırlar:

 

“Mənim fikrimcə, ümumiyyətlə biz Rostov yaxınlığındakı Naxcıvan şəhərinin adı barəsində də mübahisə və etirazla çıxış etməliyik. Necə ki, Yunanıstan öz ərazisində Makedoniya adlı qədim vilayət olduğu üçün keçmiş Yuqoslaviya dağılandan sonra yaranmış Makedoniya Respublikasının adını dəyişməyi beynəlxalq qurumlardan tələb etdi və bu yaxınlarda buna nail oldu”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı