“Hökumət cəmiyyətimizi hansı tezis və şərtlərlə sülhə hazırlaya bilər?”

14:41 28-02-2019 | icon 429 | Siyasət
“Hökumət cəmiyyətimizi hansı tezis və şərtlərlə sülhə hazırlaya bilər?”

Aydın Quliyev: “Belə bir şəraitdə Azərbaycanın öz cəmiyyətini sülhə hazırlamasından danışmaq mümkün deyil”

 

 

“Xalqların sülhə hazırlanması” Azərbaycan-Ermənistan danışıqları prosesində uzun zamandır müzakirə olunan elementlərdən biridir.  Demək olar ki, bütün bəyanatlarda açıq şəkildə bu məsələnin üzərinə gedilir”.

 

Bunu siyasi ekspert Aydın Quliyev torpaqların işğalda olduğu bir vaxtda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ortaya atılan “xalqın sülhə hazırlanması” tələbinin effektivliyi mövzusunda Versus.Az-a açıqlamasında deyib.

 

A.Quliyev bildirib ki, xalqların sülhə hazırlanması yalnız o halda effekt verə bilər ki, Ermənistan tərəfi həqiqətən də məzmunlu danışıqlara hazır olsun:

 

“Ermənistanın Azərbaycana münasibətində çox böyük etimadsızlıq var. Nəzərə alsaq ki, Ermənistan tərəfi heç vaxt məzmunlu sülh danışıqlarına razı olmayıb, belə bir şəraitdə xalqların sülhə hazırlanması necə mümkün ola bilər? Əgər Ermənistan məzmunlu sülh danışıqlarına gələrsə, bəli, bölgədə xalqların sülhə hazırlanması məsələsi çox əhəmiyyətli ola bilər”.

 

A.Quliyev Ermənistanın indiki şəraitdə daha çox müharibə mövqeyini ortaya qoyduğunu önə çəkib:

 

“Ermənistan “dava-dava” deyib işğal etdiyi torpaqları qaytarmayacağını bildirirsə, Qarabağdakı qondarma rejimin Ermənistan tərəfindən tanınması “hədələrini” səsləndirirsə,  danışıqlarda Dağlıq Qarabağın ayrıca bir tərəf kimi iştirakını təkid edirsə, deməli problemin sülh şəklində həlli görünmür. Belə bir şəraitdə Azərbaycanın öz cəmiyyətini sülhə hazırlamasından danışmaq mümkün deyil. Xalqların sülhə hazırlanması çox vacib element olsa da, bütün məsuliyyəti Ermənistanın üzərindədir. Çünki Ermənistanın hazırki şəraitdə qeyri-konstruktiv mövqeyi üzündən xalqarın sülhə hazırlanması mümkünsüzdür”.

 

Ekspert hesab edir ki, Minsk Qrupu həmsədrləri Ermənistanı məzmunlu sülh danışıqalarına məcbur edib, Paşinyanı danışıqlar masasında oturtsalar, Azərbaycan torpaqlarının qaytarılması, eləcə də status-kvonun dəyişilməsi ilə bağlı real danışıqlara başlansa, onda bəli, xalqların sülhə hazırlanması elementi, həm Ermənistanda, həm də Azərbaycanda gözlənilən effekti verə bilər. Amma indiki şəraitdə bu layihənn hər hansı effektindən danışmaq mümkünsüzdür.

 

A.Quliyev son vaxtlar artıq Azərbaycanda “xalqın sülhə hazırlanması” prosesinin başlanması ilə bağlı fikirlərə də birmənalı yanaşmadı. O, hesab edir ki, Azərbaycan indiki şəraitdə həmin prosesə başlaya bilməz:

 

“Ermənistanın qeyri-konstruktiv mövqe tutduğu şəraitində hökumət cəmiyyətimizi hansı tezis və şərtlərlə sülhə hazırlaya bilər? Hökumətin buna gedə biləcəyi inandırıcı deyil. Çünki hökumət, şəxsən Prezidentin özü Qarabağ məsələsində çox prinsipial və ardıcıl mövqedədir. Əksinə, Azərbaycan hakimiyyəti və cəmiyyəti Qarabağ problemləri məsələsində çox prinsipial mövqe tutur və sona qədər də davam etdirmək niyyətindədir. Ermənistanın qeyri-konstruktivliyi qarşısında Azərbaycan tərəfinin xalqı sülhə hazırlaması inandırıcı deyil”.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Dünyanın ən yaxşı ordularına malik ölkələr

Sərbəst güləş millimiz dünya çempionatında 3-cü olub

Maqsud bəyin ulduzu Şöhrət Xiyabanında peyda oldu

Bərdə terrorundan 4 il ötür

Güləşçilərimiz 8 medal qazandı

MM-in komitə sədrindən DƏSTƏK

Bu gün daha dörd oyun keçiriləcək

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

İki nəfərin öldüyü tunelə giriş-çıxış BAĞLANDI

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Türkiyə Cümhuriyyəti - 101

Kirayə yolu ilə mənzil satışı SADƏLƏŞİB