AXCP sədri: Hər kəsi Prezidentin ətrafında daha sıx birləşməyə çağırıram
"Əhalinin kredit borclarının həll edilməsi ilə bağlı Prezidentin bu gün imzaladığı fərman demək olar ki, borclu əhalinin həm dollarla, həm də manatla bağlı problemlərini həll edəcək. Söhbət on min manatadək olan dollar borclarından və on yeddi manatadək olan manat kreditlərindən gedir. Çox sevindiricidir və mənim üçün də ona görə ikiqat sevindiricidir ki, bu məbləğdə qədər olan borcların həlli ilə bağlı seçkilərdə çox danışmışdım və təkliflər də vermişdim".
Versus.Az-ın məlumatına görə, bunu açıqlamasında AXCP sədri Razi Nurullayev bildirib. Prezidentin sosial çağırışlara və problemlərə həssas yanaşmasını yüksək dəyərləndirən partiya sədri yüz minlərlə insanların rahatlıq tapacağını və dövlətin onları yalnız buraxmadığına sevinəcəklərini vurğulayıb:
"Bir neçə gün öncə demişdim ki, hər bir addım, hər bir təşəbbüs, hər bir siyasət xalqa xidmət üçün olmalıdır. Görürəm ki, Prezident tərəfindən müsbət addımlar atılır və atılmaqdadır. Bu addımlar və təşəbbüslər xalqda ciddi inam və gələcəyə ümid yaratmaqdadır. Onun üçün də tənqidləri, Prezidentə təzyiqi, təhqiri, söyüşü və basqını azaltmaq lazımdır ki, rahatlıqla başladığı işləri davam edirə bilsin. Əgər Prezident rahat deyilsə, daxildə dövlətçiliyə təhlükə görürsə, var gücü və həvəslə işləyə bilməyəcək".
Bu baxımdan hər kəsi belə bir məqamda Prezidentin ətrafında daha sıx birləşməyə çağıran AXCP sədri bildirib ki, indiki məqamda vacib olan kreslo davası yox, xalqın güzəranının yaxşılaşması və sosial ədalətin bütün ölkə boyu bərqərar edilməsi olamlıdır ki, bununla bağlı da son günlər ciddi addımlar atılmaqdadır:
"Hakimiyyət uğrunda mübarizəmiz isə mövcud qanunvericilik çərçivəsində davam etməlidir və heç bir halda ölkədə sabitliyin pozulmasına, xaosun yaranmasına rəvac vermək olmaz".
SEVDA
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”