“Ermənistanın Azərbaycan hərbi təcavüzünün yaşyarımlıq Zəhra Quliyeva faciəsi”

13:19 23-10-2017 | icon 855 | Ədəbiyyat
“Ermənistanın Azərbaycan hərbi təcavüzünün yaşyarımlıq Zəhra Quliyeva faciəsi”

Oktyabrın 23-də millət vəkili Aydın Mirzəzadənin tərtibçiliyi ilə “Ermənistanın Azərbaycan hərbi təcavüzünün yaşyarımlıq Zəhra Quliyeva faciəsi” adlı kitab nəşrdən çıxıb.

Versus.Az xəbər verir ki, sözügedən kitabın məsləhətçisi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmələri doktoru, professor Əli Həsənovdur.

Kitab 4 iyul 2017-ci ildə Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alıxanlı kəndinə məqsədli hücumu nəticəində qətlə yetirilmiş yaşyarımlıq Zəhra Quliyeva və onun nənəsi Sahibə Allahverdiyevaya həsr edilib. Kitabda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün davam etməsi nəticəsində yaranmış ağır vəziyyəti xarakterizə edən faciəvi bir insindentə dünya və Azərbaycan ictimaiyyətinin münasibəti göstərilib.

Kitabda ancaq rəsmi materiallar əsasında hadisəyə həm Azərbaycan, həm Ermənistan rəsmi hakimiyyət orqanlarının münasibəti, beynəlxalq təşkilatların və xarici ölkə rəsmilərinin reaksiyası verilib. Xaricdəki Azərbaycan diaspor təşkilatlarının geniş etiraz aksiyaları barədə də materiallar öz əksini tapıb.

Erməni nümayəndələrinin fərqli münasibətləri də kitabın tərkib hissədir.

Kitabda rəsmi materiallara istinad edilərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, Ermənistan silahlı qüvvələrinin münaqişə dövründə uşaqlara qarşı törətdikləri vəhşiliklər barədə də materillar er alıb.

On bir fəsil, 288 səhifəlik kitabda 296 rəngli şəkil verilib. Kitab 500 tirajla “Azərbaycan” nəşriyyatında çap olunub.

Kitabı buraxmaqda əsas məqsədlərdən biri də bu ağır tarixi anı gələcək nəsilləri faktoloji formada tanış etməkdir.

Kitab politoloqlar, tarixçilər və problematika ilə maraqlananlar üçün nəzərdə tutulub.

Kitab yaxın günlərdə Fizuli rayonunun Alıxanlı kəndində Zəhra Quliyevanın valideynlərinə və kənd nümayəndələrinə təqdim ediləcək.

Kitabda AzerTac informasiya agentliyinin, Sia.az, Report.az, Azvizion. az, Publika.az, 1news.az, Modern.az, APA, Armenia.az saytlarının, CBC və ARB telekanallarının və bir sıra xarici mətbuat orqanlarının materiallarından istifadə edilib.

Kitabın üz qabığındakı kollajın müəllifi olke.az saytının baş redaktoru Məmməd Gülmmədovdur.

Qeyd edək ki, kitabın tərcümə edilərək xarici ölkələrdə çap edilməsi də nəzərdə tutulur.

Mirvari
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR