Karateçilərimiz Seriya A turnirində 

15:33 04-03-2019 | icon 437 | İdman
Karateçilərimiz Seriya A turnirində 

 

Əsas milli komandanın üzvlərindən Asiman Qurbanlı (+84 kq) və Ayxan Mamayev (-84 kq) Avstriyanın Zalsburq şəhərində mötəbər Seriya A karate turnirində müxtəlif medallara sahib olublar.

Versus.Az Milli Az-a istinadla bildirir ki, Azərbaycan Milli Karate Federasiyasından verilən məlumata görə, A.Qurbanlı yarışın qalibi, A.Mamayev isə bürünc mükafatçı olub. Bürünc medal uğrunda həlledici görüşə qatılan Firdovsi Fərzəliyev (-60 kq) isə son saniyələrdə rəqibin mübahisəli zərbəsi ilə hesabda üstünlüyü əldən verib.

 

1-3 mart tarixlərində Dünya Karate Federasiyasının (WKF) nüfuzlu yarışlarından Seriya A turnirinin bu mövsüm ilk mərhələsində rekord sayda, 99 ölkədən 2057 karateçi iştirak edib. Beynəlxalq hakim Cahangir Babayev final görüşlərini idarə edən xüsusi referilər qrupuna daxil edilib.

Milli komandamızı martın son günləri İspaniyada Avopa çempionatı gözləyir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR