"Deputatların növbəti görüşü də müsbət dəyərləndirilməlidir"
Arzu Nağıyev: “Parlament səviyyəsində keçirlən görüşlər sülh prosesinə təsir edən amillərdən biri olacaq”
Məlum olduğu kimi Azərbaycan və Ermənistan parlament sədrləri arasında artıq Cenevrədə iki-üç dəfə görüs olub. Payızda növbəti bir görüşün olacağı gözlənilir.
Parlament sədrlərinin bu görüşü və müzakirə olunan məsələlər sülh prosesinə nə vəd edir?
Versus.Az xəbər veir ki, məsələyə münasibət bildirən Milli Məclisin deputatı Arzu Nağıyev Azərbaycan-Ermənistan arasında aparılan danşıqların xarici işlər nazirliyi səviyyəsində, eləcə də delimitasiya, demorkasiya prosesi müstəvisində irəlilədiyini bildirib
O, bildirib ki, danışıqların həm də Parlament diplomatiyası müstəvisində aparılması prosesə müəyyən impuls qata bilər.
A.Nağıyev spiker Sahibə Qafarovanın Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşü zamanı Azərbaycanın haqqını faktlarla ortaya qoyması faktına diqqət çəkib. Onun sözlərinə görə, Azərbaycan həqiqətlərinin dünyaya, eləcə də Ermənistan ictimaiyətinə növbəti dəfə parlament səviyyəsində çatdırılması, erməni ictimaiyyətinin sülh prosesinə adekvat yanaşması üçün mühüm amillərdən biridir və sülhə xidmət edir:
“Hətta parlament qrupları səviyyəsində Azərbaycan, Gürcüstan, Ermənistan parlamentlərinin görüşləri də məhz bu məqsədi daşıyır. Dövlət səviyyəsində aparılan danışıqlarla bərabər qanunvericilik orqanlarının görüşləri də müsbət nəticə verə bilər. Çünki hər bir parlament eyni zamanda müəyən bir elektoratı təmsil edir. Sülh müqaviləsi bağlanandan sona qanunların ratifikasiyasının və digər məsələlərlə bağlı müzakirələr labüddür. Ona görə də deputatların növbəti görüşü də müsbət dəyərləndirilməlidir. Ümidvarıq ki, parlament səviyyəsində keçirilən görüşlər sülh prosesinə təsir edən amillərdən biri olacaqdır”.
T.Qafarlı
Xəbər lenti
Direktorluqdan imtina etdi
Xankəndiyə müəllimi kimi qayıtdı...