Naim Çoban Azərbaycan parlamentində

19:30 23-05-2024 | icon 202 | Siyasət
Naim Çoban Azərbaycan parlamentində

Mayın 23-də ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisi (TBMM) Baş katibinin müavini Naim Çobanın başçılıq etdiyi nümayəndə heyəti ilə Milli Məclisdə Parlament Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr və Redaksiya və nəşr işləri şöbələrinin əməkdaşları arasında görüş keçirilib.

 

Milli Məclisdən verilən məlumata görə, görüşü açan Milli Məclis Aparatı rəhbərinin müavini Yaşar Əməşov qonaqların dünəndən başlayaraq Parlament Aparatı şöbələrinin əməkdaşları ilə görüşlərinin davam etdiyini diqqətə çatdırıb. Bildirib ki, bu gün də bir neçə şöbə ilə görüş keçiriləcək.

 

Sonra Parlament Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mehman Qaibov rəhbərlik etdiyi şöbənin Milli Məclisin işinin mediada və sosial şəbəkələrdə işıqlandırılması sahəsində fəaliyyəti, media nümayəndələrinin akkreditasiyası və onlarla əməkdaşlıq, görülmüş işlər və tətbiq olunan yeniliklər barədə qonaqlara məlumat verib, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti barədə fikirlərini bölüşüb.

 

Sonra Milli Məclis Aparatının Redaksiya və nəşr işləri şöbəsinin müdiri Hafiz Babayev rəhbərlik etdiyi şöbənin fəaliyyət istiqamətləri, stenoqramların və Milli Məclisin digər nəşrlərinin hazırlanması prosesi barədə məlumat verib, bu sahədə TBMM-in fəaliyyəti ilə maraqlanıb.

 

Tədbirdə Redaksiya və nəşr işləri şöbəsi müdirinin müavini Ülviyyə Abdullayeva şöbə tərəfindən hazırlanan “Milli Məclis” jurnalı haqqında məlumat verib, Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi müdirinin müavini Ruslan İsmayılov görüşün əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüb.

 

Söhbət zamanı qonaqları maraqlandıran suallar cavablandırılıb.

 

Sonra TBMM Baş katibinin müavini Naim Çobanın başçılıq etdiyi nümayəndə heyəti ilə Milli Məclis Aparatının Dövlət qulluğu və kadr məsələləri və Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbələrinin əməkdaşları arasında görüş keçirilib.

 

Görüşü açan Milli Məclis Aparatı rəhbərinin müavini Yaşar Əməşov şöbələri qonaqlara təqdim edib, onların ümumi strukturu və əməkdaşları barədə danışıb. O, Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsinin əməkdaşları arasında Vətən Müharibəsi qaziləri olan Nicat Abdurrahmanov və İzzət Balacayevin olduğunu qeyd edib. Aparat rəhbərinin müavini vurğulayıb ki, Milli Məclis şəhid ailələri, qazilər və müharibə iştirakçılarının qayğıları ilə daim maraqlanır, onların işlə təmin olunmasını xüsusi diqqətdə saxlayır.

 

Sonra Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsinin müdiri Emil Tağıyev və şöbənin əməkdaşı Mirəvəz Abbasov şöbənin gördüyü işlər, vətəndaşların qəbulu və müraciətlərinə baxılması qaydaları barədə ətraflı məlumat veriblər.

 

Parlament Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsi müdirinin müavini Şahin Quliyev şöbənin funksiyaları, iş prinsipləri, kadrlarla işin qurulması və digər fəaliyyət istiqamətləri barədə ətraflı məruzə ilə çıxış edib.

 

Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində davam etdirilib.

 

TBMM Baş katibinin müavini Naim Çobanın başçılıq etdiyi nümayəndə heyəti ilə Milli Məclis Aparatının İnformasiya resursları və texnologiyaları şöbəsinin əməkdaşları arasında görüş keçirilib.

 

Görüşü açan Milli Məclis Aparatı rəhbərinin müavini Yaşar Əməşov şöbəni qonaqlara təqdim edib, onun formalaşması, həyata keçirdiyi layihələr barədə ümumi məlumat verib.

 

İnformasiya resursları və texnologiyaları şöbəsinin müdiri Şahin Həsənov rəhbərlik etdiyi şöbənin fəaliyyət istiqamətləri, gördüyü işlər, tətbiq etdikləri texnoloji yeniliklər və yaradılan elektron sistemləri barədə təqdimat edib.

 

Söhbət zamanı qonaqların suallar cavablandırılıb, tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Tədbirə yekun vuran Milli Məclis Aparatı rəhbərinin müavini Yaşar Əməşov ölkələrimizin parlament aparatlarının strukturları arasında əməkdaşlığın, əlaqələrin dərinləşməsinin və təcrübə mübadiləsinin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər


“Yenidən müharibəyə başlamaq planları qururlar”

Misir-Azərbaycan əlaqələrinin inkişafından qarşılıqlı GÖZLƏNTİLƏR

El arasında “qulaqdibi” adlanan SVİNKA

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Şahmatçımız Fransa çempionu oldu

Dövlət Əmək Müfəttişliyi Xidmətində QANUN BOŞLUĞU

Prezident onu MÜKAFATLANDIRDI

Bakı-Ağstafa qatarlarına Tovuzda dayanacaq VERİLDİ

Laçına dolu yağıb

“Zəfəri nurlandıran Nurlan” və “Ulu Öndərin işığında” - AMEA-da TƏQDİMAT

İsrailə 19 mindən çox raket atılıb

Bayramqabağı bazarda son VƏZİYYƏT

1209 müəllimin cavab verə bilmədiyi SADƏ SUAL

Şagirdi döyən mühafizəçi QOVULDU

Nəşi tapılan hərbçimiz dəfn edildi