Laçında SƏRGİ
Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi və Bakı Abadlıq Xidmətinin birlikdə təşkilatçılığı ilə 2024-cü il mayın 24-də Laçın şəhərində “Xalça belə yarandı” adlı layihəsi çərçivəsində tədbir keçirilir.
Versus.Az oxu.az-a istinadən xəbər verir ki, tədbirdə əslən laçınlı Azərbaycan Rəssamlar İttifaqının üzvü Elnarə Rəsulovanın ideya müəllifi olduğu eskizlər və xalçalar, həmçinin şəxsi kolleksiyasındakı qədim xalça nümunələri nümayiş olunur.
Bu layihədə ecazkar təbiətə malik olan Laçın torpağında, Həkəri çayının sahilində – çobanın yaylaqda qoyun otarması, qoyunun qırxılması, yunun daranması, əyrilməsi və boyanmasından başlayaraq, xalçanın toxunmasına qədər bütün proses mərhələ-mərhələ təqdim edilib.
Tədbirin əsas mahiyyəti Azərbaycan xalçaçılığının inkişaf mərhələlərini ardıcıl nümayiş etdirməklə mədəniyyətimizin ayrılmaz hissəsi olan xalçanın ərsəyə gəlməsini əyani şəkildə nümayiş etdirməkdir. Tədbirdə iştirak edən qonaqlara toxucu xanımlar tərəfindən master-klas keçirilir. Laçında doğulub böyüyən Elnarə Rəsulovanın təqdim etdiyi nümunələr ənənəvi xalça kompozisiyalarından fərqli olaraq haşiyə və çərçivə əsasında qurulmayıb.
Onun ideyası ilə toxunmuş “Qarabağ atı” (2023), “Çələbi” (2023), “Ərciman” (2023), “Borçalı” (2024) adlı xalçalarda kompozisiyanın əsasını təşkil edən əriş iplərinin aşkar şəkildə görünməsi əsərlərə xüsusi rəng qatır.
Müəllifin “Laçın zirvəsi” adlı xalçasının dəzgahdan kəsim prosesi təntənəli qeyd edilib.
Tədbirdə müəllifin digər əsəri, analoqu olmayan “Ata vəsiyyəti – oğul zəfəri” adlı xalçasının təqdimatı baş tutub.
Xalçanın əsas özəlliklərindən biri onun ikitərəfli toxunmasıdır. İpək və yundan toxunmuş bu sənət əsəri 2 il 4 aya ərsəyə gəlib. Tədbirdə, həmçinin müəllifin digər əsərləri də nümayiş olunmaqdadır.
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...