Kür çayı Tovuzda da fəsadlar törətdi

23:17 27-05-2024 | icon 289 | Hadisə
Kür çayı Tovuzda da fəsadlar törətdi

Kür çayındakı daşqınlar səbəbindən Tovuzda da əkin və otlaq sahələri, meyvə bağları su altında qalıb.

 

Versus.Az xəbər verir ki, Kür çayı daşaraq məcrasından 2 kilometr kənara çıxıb.

 

Tovuzun Hunanlar kəndi ərazisində çayətrafı əkin sahələri, ərik bağları və biçənəklər sel sularının altında qalıb. Kənd sakinləri əsasən kök və çuğundur əkini ilə məşğul olur. Hektarlarla ərazi, tonlarla məhsul yararsız hala düşüb. Onun da 180 hektarı təkcə əkin sahələrinin payına düşür.

 

Kürətrafı meşəliklər də sel sularına qərq olub. Kürdə suyun səviyyəsi orta hesabla 2 metrə qədər yüksəlib.

 

Əhaliyə dəyən maddi ziyanla bağlı rayon icra hakimiyyətinin nəzdindəki Fövqəladə hallar komissiyası tərəfindən baxış keçirilib. Bildirilib ki, əhaliyə təbii fəlakətlə bağlı xəbərdarlıq edilib. Əkin sahələrinin sığortalı olması da dəyən ziyanın qarşılanması üçün vacib amillərdən biridir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Bu, riyakarlığın və ikiüzlülüyün son həddidir"

Azərbaycanda 10 min illik SİRLİ TƏSVİR

Qondarma “azərbaycanlı dəstəsi”ndən XƏBƏR VAR

ÜST ilk meymunçiçəyi testini TƏSDİQLƏDİ

Yaşı 1000 ili keçən Viking xəzinəsi

Haşim Səfiuddin öldürülüb?

Bakı metrosu ilə bağlı PİS XƏBƏR

Rusiyalı alimdən maraqlı AÇIQLAMA

Bu gün Beynəlxalq MÜƏLLİMLƏR GÜNÜdür

Peraki satılan yerdə İYRƏNC MƏNZƏRƏ

Taksilərlə bağlı YENİLİK

İstanbulda dəhşətli CİNAYƏT

Zəngilanda yeni yaşayış KOMPLEKSİ

"Müəllimlərin cəmiyyətin inkişafında rolu əvəzsizdir"

Türkiyədə bir İLK