Fransa mədəniyyətinə, tarixinə uyğun gəlməyən səviyyəsizlik

09:08 28-05-2024 | icon 291 | Siyasət
Fransa mədəniyyətinə, tarixinə uyğun gəlməyən səviyyəsizlik

Aydın Mirzəzadə: Azərbaycan beynəlxalq müstəvidə yüksək nüfuza malikdir

 

“Fransa özünün siyasi imicini günü-gündən itirməkdədir. Parisdən 20 min kilometr uzaqda yerləşən Yeni Kaledoniya əhalisinin Fransanın müstəmləkəçilik siyasətinə qarşı çıxması bu ölkənin çoxdan demokratiyadan uzaqlaşdığını göstərir”.

 

Versus.Az xəbər verir ki, bunu deputat Aydın Mirzəzadə Fransanın anti-Azərbaycan mövqeyini davam etməsi və ölkəmizi “antidemokratik” adlandırması ilə bağlı açıqlamasında bildirib.

 

Deputat qeyd edib ki, Fransa orta əsrlər təfəkkürü ilə hərəkət edir və digər ölkələrin həyat tərzinə qarışması adi hala çevrilib:

 

“Bu, Fransanın özündə də ciddi narahatlıqlar doğurur. Fransada hökumət əleyhinə kampaniyaların ardı-arası kəslimir. Fransa prezidenti Makronun hər iki seçki dönəmində çox cüzi səs fərqi ilə seçilməsi onu göstərir ki, onun daxili və xarici siyasət prioritetləri cəmiyyəti narahat edir. Hətta ona səs verənlər Makronun nə dərəcədə Fransa maraqlarına xidmət edəcəyinə şübhə ilə yanaşırlar. Fransa admnistrasiyası tərəfindən vaxtaşırı Azərbaycanla bağlı aqresiv fikirlər səsləndirilməsi, təhqirə keçməsi isə Fransa mədəniyyətinə, tarixinə uyğun gəlməyən səviyyəsizlikdir”.

 

A.Mirzəzadə bildirib ki, bütün bunlara baxmayaraq Azərbaycan Fransa siyasətçilərinin səviyyəsinə enməyəcək. Deputat Azərbaycanın özünün milli maraqlarını, şərəfini yüksək səviyyədə qoruyacağını deyib:

 

“Bunun nəticəsidir ki, Azərbaycan beynəlxalq müstəvidə yüksək nüfuza malikdir. 100-dən çox ölkə rəhbərinin Azərbaycanda keçiriləcək COP29 konfransına dəvət alması, artıq əksəriyətinin öz iştirakını təsdiqləməsi Azərbaycanın yüksək nüfuzunu göstərir. Fransanın aqresiv siyasətindən asılı olamayaraq Azərbaycan öz demokratiyasını, beynəlxalq aləmə inteqrasiyasını gücləndirəcək, öz hüquqlarını həmişə yüksək səviyyədə qoruyacaq”.

 

TAHİRƏ

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Bu, riyakarlığın və ikiüzlülüyün son həddidir"

Bakı metrosu ilə bağlı PİS XƏBƏR

Rusiyalı alimdən maraqlı AÇIQLAMA

Bu gün Beynəlxalq MÜƏLLİMLƏR GÜNÜdür

Peraki satılan yerdə İYRƏNC MƏNZƏRƏ

Taksilərlə bağlı YENİLİK

İstanbulda dəhşətli CİNAYƏT

Zəngilanda yeni yaşayış KOMPLEKSİ

"Müəllimlərin cəmiyyətin inkişafında rolu əvəzsizdir"

Türkiyədə bir İLK

Bakı Təşəbbüs Qrupundan BƏYANAT

Vaşinqtonun "məsələnin mənsiz həlli yoxdur" iddiası

Xızıda avtomobil AŞDI

Zakir Həsənov əmr İMZALADI

“Tütək səsi” filminin Tapdıqla Cümrüsü 50 il sonra...