“Fransa hakimiyyəti Makronun simasında isterika dövrünü yaşıyır”

16:30 30-05-2024 | icon 245 | Siyasət
“Fransa hakimiyyəti Makronun simasında isterika dövrünü yaşıyır”

Rəşad Bayramov: "Azərbaycanın Fransadan asılılğı sıfıra bərabər olduğu üçün..."

 

"Fransanın Azərbaycana qarşı yönələn davranışları gözlənilən idi. Fransa Cənubi Qafqaz maraqlarını təmin etmək üçün bölgədəki ölkələrdən birini - Ermənistanı dəstəkləməklə, antiAzərbaycan mövqeyi ilə öz maraqlarını təmin etməyə çalışır. Ona görə də yeri gəldi-gəlmədi Azərbaycanla bağlı qərəzli münasibt sərgiləmkdə davam edir".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında politoloq Rəşad Bayramov bildirib.

 

Politoloq qeyd edib ki, 30 illik münaqişə dövründə Fransanın ATƏT-in Minsk Qrupunda göstərdiyi fəaliyyət hamıya məlumdur:

 

"Təkcə II Qarabağ savaşından sonra Fransa 3 dəfə BMT Təhlükəsizlik Şurasında, daha sonra Avropa İttifaqı Parlamentində və Avropanın digər institutlarında Azərbaycanla bağlı müxtəlif səviyyəli qərar və qətnamələrin qəbul olunmasında fəaliyyət göstərib. Azərbaycanın Fransanın kəşfiyyat şəbəkəsində qarşı keçirdiyi əməliyyatlardan sonra bu ölkənin qərəzli mövqe nümayişi daha geniş vüsət alıb. Növbəti əks kampaniya isə Kalidoniyada haqlı olaraq etiraz səsini qaldıran insanların Azərbaycan bayrağı ilə meydanlara çıxması olub. Fransa cəmiyyəti, hakimiyyəti bunu heç cür həzm edə bilmir. Bunu özünün xarici, daxili siyasəti üçün təhdid görür. Ona görə də Azərbaycana qarşı bu cür təhdid kampaniyasını davam etdirir”.

 


R.Bayramov qeyd edib ki, Fransa daxili işlər nazirinin guya “Azərbaycanın erməniləri kütləvi şəkildə məhv etməsi” barədə bəyanatı, ardınca “Azərbaycanda antidemokratik mühitin olmaası” və sair bəyanatları artıq əndazəsini aşmış iradlardır. Politoloq bildirib ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Fransaya qarşı verdiyi bəyanat kifayət qədər adekvat, qətidir:

 

“Görünür ki, Azərbaycanın Fransadan asılılğı və təzyiq imkanları sıfıra bərabər olduğu üçün Fransa hakimiyyəti Makronun simasında isterika dövrünü yaşıyır. Bu gün Fransanın COP 29, Azərbayanın daxili vəziyyəti, Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı nə deməsindən, hansı qərarlar qəbul etməsindən asılı olmayaraq Azərbaycanın müstəqil siaysətinə təsir edə bilməyəcək. Ona görə də Fransanın isterikası erməni diaspor təşkilatlarından, lobbilərindən dəstək almağa hesablanıb”.

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

18 tələbənin dönərdən zəhərlənməsi ARAŞDIRILIR

COP29-da Bakının adını daşıyacaq 8 BƏYANNAMƏ OLACAQ

Bağırsaq xərçəngi riskini artıran XƏSTƏLİKLƏR

Komitəyə erkən və qohumlararası nikaha nəzarətlə bağlı əlavə SƏLAHİYYƏTLƏR VERİLİB

Ermənistan hansı sülh müqaviləsinə həvəslənir?

Su tarifləri diferensiallaşdırılır

Laçınla bağlı proqram HAZIRLANACAQ

Bələdiyyələrlə bağlı QƏRAR

Paytaxtın mərkəzində TƏHLÜKƏ

Bakının içməli su təminatında YENİLİK

Son 19 ilin ən güclü maqnit qasırğası BAŞLADI

“3-cü müharibə üçün mümkün ola biləcək səbəblər var”

Bu ərazilərdə maşın saxlamaq QADAĞAN EDİLDİ

Direktorluqdan imtina etdi

Dünya ulduzu Akon Bakıda