“Konsulluğun açılmasına icazə verilməli deyil”

12:00 30-05-2024 | icon 246 | Siyasət
“Konsulluğun açılmasına icazə verilməli deyil”

Əli Mustafa: "Rusiya konsulluq açmaqla Ermənistana mesaj vermiş olur"

 

"Rusiyanın Xankəndidə konsulluq açmaq istəyi “geriyə qayıdış” planının tərkib hissəsi, İrəvanla bağlıdır. Yəni bu, Rusiyanın Ermənistana verdiyi "Qarabağı unutmamışıq, Qarabağı da qaytarmağı düşünürük, orda konsulluq açırıq ki, gələcəkdə sizi qoruyaq, Paşinyanı hakimiyyətdən uzaqlaşdırın" mesajları ola bilər".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında siyasi şərhçi Əli Mustafa bildirib.

 

Rusiyanın tarixin müəyyən mərhələlərində Azərbaycana qarşı çox pisliklər etdiyini deyən Ə.Mustafa bildirib ki, Ermənistanda yenidən hakimiyyət dəyişərsə, yenə də erməniləri Qarabağa qaytarmaq istəyini və onun üzərindən Ermənistanı, Azərbaycanı sıxışdıraraq bölgədə qalmaq arzusunu unutmayıb:

 

"Federasiya rəsmisinin konsuluqla bağlı dediyi fikirlər bu kontekstdə başa düşülməlidir. Rusiyanın Güney Qafqazla bağlı işğalçı planları, imperiya iddiaları gündəmdədir. Rusiya zəifləyəndə qınına çəkilir, güclənəndə yenidən maraqlı olduğu əraziləri yenidən ələ keçirmək istəyir. Qarabağda konsulluğun açılması ermənilərin bölgəyə qayıtmasına motivasiyadır. İndiki şəraitdə Qarabağda Konsulluğun açılmasına icazə verilməli deyil".

 

SEVDA
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

18 tələbənin dönərdən zəhərlənməsi ARAŞDIRILIR

COP29-da Bakının adını daşıyacaq 8 BƏYANNAMƏ OLACAQ

Bağırsaq xərçəngi riskini artıran XƏSTƏLİKLƏR

Komitəyə erkən və qohumlararası nikaha nəzarətlə bağlı əlavə SƏLAHİYYƏTLƏR VERİLİB

Ermənistan hansı sülh müqaviləsinə həvəslənir?

Su tarifləri diferensiallaşdırılır

Laçınla bağlı proqram HAZIRLANACAQ

Bələdiyyələrlə bağlı QƏRAR

Paytaxtın mərkəzində TƏHLÜKƏ

Bakının içməli su təminatında YENİLİK

Son 19 ilin ən güclü maqnit qasırğası BAŞLADI

“3-cü müharibə üçün mümkün ola biləcək səbəblər var”

Bu ərazilərdə maşın saxlamaq QADAĞAN EDİLDİ

Direktorluqdan imtina etdi

Dünya ulduzu Akon Bakıda