Rusiya niyə Xankəndini seçir?

13:25 30-05-2024 | icon 404 | Siyasət
Rusiya niyə Xankəndini seçir?

Arzu Nağıyev: "Bu, Rusiyanın Qarabağda konsulluq açmasına məntiqli yanaşmanı labüd edir"

 

Rusiya yaxın vaxtlarda Xankəndidə baş konsulluq açmaq niyyətini açıqlayıb. Belə ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin yaxın vaxtlarda hazırlıq işlərinə başlamağı planlaşdırdıqlarını bildirib. Federasiya rəsmisi konsulluğun 2024-cü ildə açılmasını ideal hesab edib.

 

Rusiyanın Xankəndidə konsulluq açmaq niyyəti nə ilə bağlıdır, niyə məhz Xankəndi?

 

Versus.Az xəbər verir ki, məsələyə münasibət bildirən Milli Məcliin deputatı Arzu Nağıyev Rusiyanın Xankəndidə baş konsulluq açmaq istəyinin regiona qayıtmaq üçün siyasi plan və bir təhlükə kimi təqdim olunmasının reallıqla uzlaşmadığını deyib. Onun sözlərinə görə, regionda cərəyan edən geosiyasi proseslər hansısa dövlətin açmaq istədiyi diplomatik nümayəndəliklə öz məcrasını heç vaxt dəyişən deyil və mövcud reallıq kimlərinsə yenidən ölkəmizin suverenliyinə yersiz müdaxiləsini inkar edir.

 

Deputat qeyd edib ki, məlum Federasiya Şurası rəhbəri Azərbaycan parlament nümayəndələri ilə görüşdə Rusiyanın Xankəndidə konsulluq açması istəyinədn danışılıb və bu məsələdə Bakının dəstəyinə ümid edildiyi bildirib:

 

“Yəni Rusiyanın Xankəndidə diplomatik nümayəndəliyi ilə bağlı qaldırdığı məsələ hələ ki, müzakirə edilir və bu proses konsulluğun fəaliyyət tələblərinə uyğun mövcud şəraitə, reallığa əsasən gerçəkləşə bilər”.

 

A.Nağıyev Federasiya rəsmisinin fikirlərinə istinadən bildirib ki, Xankəndidə Rusiya diplomatik nümayəndəliyinin açılması qarşılıqlı diplomatik nümayəndəliklərin mövcudluğundakı fərqi aradan qaldırmağa yönəlib:

 

“Azərbaycanın da Yekaterinburq, Sankt Peterburq şəhərlərində konsulluqları fəaliyyət göstərir. Konsulluq orada yaşayan, səfər edən azərbaycanlıların bu və ya digər problemlərinin həlli istiqamətində addımlar atır. Eləcə də Rusiyanın baş konsulluğu bu istiqamətdə fəliyyətini quracaq”.

 

Deputat eyni zamanda bildirib ki, gələcəkdə Zəngəzur dəhlizinin açılması, logistik daşımaların - Orta Dəhlizin Azərbaycan ərazisindən keçməsi, starteji əhəmiyyətli hava limanlarının olması kontekstində gələcəkdə Rusiyanın Qarabağda konsulluq açmasına məntiqli yanaşmanı labüd edir:

 

“Burada siyasi motivlər axtarmağa dəyməz. Məsələ hələ ki, Federasiya rəsmisinin verdiyi açıqlama səviyəsindədir, müzakirə olunmalıdır”.

 

T.Qafarlı
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

18 tələbənin dönərdən zəhərlənməsi ARAŞDIRILIR

COP29-da Bakının adını daşıyacaq 8 BƏYANNAMƏ OLACAQ

Bağırsaq xərçəngi riskini artıran XƏSTƏLİKLƏR

Komitəyə erkən və qohumlararası nikaha nəzarətlə bağlı əlavə SƏLAHİYYƏTLƏR VERİLİB

Ermənistan hansı sülh müqaviləsinə həvəslənir?

Su tarifləri diferensiallaşdırılır

Laçınla bağlı proqram HAZIRLANACAQ

Bələdiyyələrlə bağlı QƏRAR

Paytaxtın mərkəzində TƏHLÜKƏ

Bakının içməli su təminatında YENİLİK

Son 19 ilin ən güclü maqnit qasırğası BAŞLADI

“3-cü müharibə üçün mümkün ola biləcək səbəblər var”

Bu ərazilərdə maşın saxlamaq QADAĞAN EDİLDİ

Direktorluqdan imtina etdi

Dünya ulduzu Akon Bakıda