Məşhurlar Nura üçün bir arada

11:47 30-05-2024 | icon 362 | Şou-biznes
Məşhurlar Nura üçün bir arada

Nuranın qalmaqalla başlayan klipi təqdim edildi

 

Nura Suri yeni layihəsi üçün məşhurları bir araya toplayıb. Onun “Mənim xətrimə” adlı klipində aparıcı Samir Bayramlı, müğənnilər Dilarə Kazımova, Samirə Əfəndi, aktrisa Pərvin Abıyeva və influenser Nagehan Abdullayeva yer alıb.

 

Versus.Az xəbər verir ki, bu sözləri Tofiq Sədrəddinə, musiqisi Fərid Aqaya məxsus mahnını rejissor Xəyal Səlimov ekranlaşdırıb.

 

Layihədə həmçinin rəqqaslar Malik Abdullayev, Anastasia Varava, Kamilla Hasanli də rol alıb.

 

Klip üçün Nura Suri iki obraza bürünüb. Fotoları isə Məhəbbət Nəsirov ərsəyə gətirib.

 

Qeyd edək ki, klipin çəkilişləri günlər öncədən Dilarə Kazımova və Samirə Əfəndi arasında yaşanan qalmaqalla yadda qalmışdı, daha sonra isə Surinin futurustik obrazı mediada müzakirə mövzusu oldu.

 

Onu da bildirək ki, layihə üzərində 20-dən çox komanda üzvü çalışıb.

 

“Mənim xətrimə” bütün musiqi platformalarında onlayndr.

 

 

 

Ayəndə Dadaşova
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

18 tələbənin dönərdən zəhərlənməsi ARAŞDIRILIR

COP29-da Bakının adını daşıyacaq 8 BƏYANNAMƏ OLACAQ

Bağırsaq xərçəngi riskini artıran XƏSTƏLİKLƏR

Komitəyə erkən və qohumlararası nikaha nəzarətlə bağlı əlavə SƏLAHİYYƏTLƏR VERİLİB

Ermənistan hansı sülh müqaviləsinə həvəslənir?

Su tarifləri diferensiallaşdırılır

Laçınla bağlı proqram HAZIRLANACAQ

Bələdiyyələrlə bağlı QƏRAR

Paytaxtın mərkəzində TƏHLÜKƏ

Bakının içməli su təminatında YENİLİK

Son 19 ilin ən güclü maqnit qasırğası BAŞLADI

“3-cü müharibə üçün mümkün ola biləcək səbəblər var”

Bu ərazilərdə maşın saxlamaq QADAĞAN EDİLDİ

Direktorluqdan imtina etdi

Dünya ulduzu Akon Bakıda