Avropa Parlamentinə inamın bərpası üçün...

12:00 31-05-2024 | icon 1424 | Geopolitika
Avropa Parlamentinə inamın bərpası üçün...

Vüqar Dadaşov: "Korrupsiya, şantaj nəticəsində qəbul edilmiş qərarlara yenidən baxılmalıdır"

 


"Avropa Parlamentində korrupsiya, şantaj və sair bu kimi hallar yeni və tək hal deyil. Artıq Avropa Parlamentinin fəaliyyətində rüşvəıt, qalmaqal ənənəvi xarakter alıb. Elə bir dövr yoxdur ki, Avropa Parlamentində rüşvət və korrupsiya ilə bağlı məlumatlar, hüquqi müstəvidə araşdırmalar olmasın. Belçika prokurorluğunun 2022-ci il də apardığı araşdırmanın nəticəsi olaraq Avropa Parlamentinin yunan deputatı, vitse-prezidenti Eva Keylinin hədsi Avropa Parlamentinin masştabına görə böyük qalmaqala səbəb olmuşdu. Həmin araşdırma nəticəsində məlum oldu ki, Avropa Parlamentinin ən azı 60-dan çox üzvü korrupsiyaya, rüşvət, maxinasiya, sövdələşmə, şantaj kimi əməllərlə məşğuldur. Əlbəttə ki, bu faktın özü onu sübut edir ki, Avropa Parlamenti qərəz və maraqlar üzərində və ədalətsiz mövqedə duran bir təşkilatdır".

 

Versus.Az xəbər verir ki, bunu şərhində Milli Cəbhə Partiyasının sədr müavini, hüquqşünas Vüqar Dadaşov deyib.

 

 

V.Dadaşov qeyd edib ki, sözsüz ku, Avropa Parlamentini də xristian klubu hesab etmək olar. Onun sözlərinə görə, Parlamentdə müsəlman dövlətləri təmsil olunsa da, artıq şübhə yoxdur ku, bu təşkilat Qərb sivilizasiyasına, xristian maraqlarına xidmət edən və təzyiq, təsir mexanuzmi kimi istifadə olunan alətdir:

 

"Avropa Parlamentində əksər korrupsiyaya, rüşvət və sair bu kimi ənənəvi hal şəklini almış qalmaqalların, qanun pozuntilarım təşkilatçıları əsasən erməni, yunan, Fransa məşəli deputatlar və təşkilatlardır. Xüsusən son dövrlərdə Avropa Parlamentində bütün korrupsiyaya, rüşvət, şantaj halların əsas fiquru, əsas koordinatorlarından biri "Ədalət və Demokratiya uğrunda Ümumavropa Erməni Federasiyasının (EAFJD) prezidenti, “almaz imperatoru” adlandırılan milyarder Kaspar Karapetyandır".

 

V.Dadaşov bildirib ki, bu vəziyyətdə fəaliyyəti göstərən Avropa Parlamentinin qəbul etdiyi qərarların ədaləti və ümumAvropa maraqlarına xidmət etməsinə böyük və əsaslı inamsızlıq hökm sürür:

 

"Əslində Avropa Parlamentinin qəbul etdiyi qərarların icrası mütləq xarakter daşımır. Ancaq dövlətlərin haq səsinin dünya ictimayətinə çatdırılması üçün Avropa Parlamenti əhəmiyyətli beynəlxalq platformadır. Avropa Parlamentinə inamın bərpası üçün korrupsiya faktları hüquqi və məntiqi sonluğa kimi araşdırmalı, cinayətkarlar məsuliyyətə cəlb edilməli, cəzalandırılmalı və AP-ni rəsmi məlumat yaymalıdır. Korrupsiya, rüşvət, şantaj nəticəsində qəbul edilmiş qərarlara yenidən baxılmalıdır".

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

18 tələbənin dönərdən zəhərlənməsi ARAŞDIRILIR

COP29-da Bakının adını daşıyacaq 8 BƏYANNAMƏ OLACAQ

Bağırsaq xərçəngi riskini artıran XƏSTƏLİKLƏR

Komitəyə erkən və qohumlararası nikaha nəzarətlə bağlı əlavə SƏLAHİYYƏTLƏR VERİLİB

Ermənistan hansı sülh müqaviləsinə həvəslənir?

Su tarifləri diferensiallaşdırılır

Laçınla bağlı proqram HAZIRLANACAQ

Bələdiyyələrlə bağlı QƏRAR

Paytaxtın mərkəzində TƏHLÜKƏ

Bakının içməli su təminatında YENİLİK

Son 19 ilin ən güclü maqnit qasırğası BAŞLADI

“3-cü müharibə üçün mümkün ola biləcək səbəblər var”

Bu ərazilərdə maşın saxlamaq QADAĞAN EDİLDİ

Direktorluqdan imtina etdi

Dünya ulduzu Akon Bakıda