Mülki aviasiyamız 86 yaşında

11:47 02-06-2024 | icon 277 | Cəmiyyət
Mülki aviasiyamız 86 yaşında

Azərbaycanın mülki aviasiya işçiləri bu gün peşə bayramlarını və Azərbaycan mülki aviasiyasının 86-cı ildönümünü qeyd edirlər.

 

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 18 may tarixli “Mülki aviasiya işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Sərəncamı ilə hər il iyunun 2-si ölkəmizdə mülki aviasiya işçilərinin peşə bayramı kimi qeyd olunur.

 

Mülki aviasiyanın ildönümünün qeyd edilməsi çərçivəsində “Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və kollektivi Fəxri xiyabanı ziyarət ediblər. Ziyarətçilər xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarı üzərinə əklil və gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə güllər düzülüb.

 

Azərbaycanın mülki aviasiyası həm Ümummilli Liderin rəhbərliyi, həm də dövlət başçısı İlham Əliyevin daimi dəstəyi sayəsində tərəqqiyə nail olub.

 

İyunun 2-də qeyd olunan Mülki Aviasiya Günü aviasiya işçilərinin ölkənin inkişafına, iqtisadi artımına və dövlətlərarası əlaqələrin möhkəmləndirilməsinə mühüm töhfələrinin simvoludur.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

18 tələbənin dönərdən zəhərlənməsi ARAŞDIRILIR

COP29-da Bakının adını daşıyacaq 8 BƏYANNAMƏ OLACAQ

Bağırsaq xərçəngi riskini artıran XƏSTƏLİKLƏR

Komitəyə erkən və qohumlararası nikaha nəzarətlə bağlı əlavə SƏLAHİYYƏTLƏR VERİLİB

Ermənistan hansı sülh müqaviləsinə həvəslənir?

Su tarifləri diferensiallaşdırılır

Laçınla bağlı proqram HAZIRLANACAQ

Bələdiyyələrlə bağlı QƏRAR

Paytaxtın mərkəzində TƏHLÜKƏ

Bakının içməli su təminatında YENİLİK

Son 19 ilin ən güclü maqnit qasırğası BAŞLADI

“3-cü müharibə üçün mümkün ola biləcək səbəblər var”

Bu ərazilərdə maşın saxlamaq QADAĞAN EDİLDİ

Direktorluqdan imtina etdi

Dünya ulduzu Akon Bakıda