Şəhidimizin xatirəsi Qəbələdədəki Şuşa məktəbində anıldı

12:54 04-06-2024 | icon 362 | Şəhidlər və şahidlər
Şəhidimizin xatirəsi Qəbələdədəki Şuşa məktəbində anıldı

May ayının 31-də Şuşa rayon 24 nömrəli ümumi orta məktəbin Uşaq Birlik Təşkilatı rəhbəri Ramella Quliyeva tərəfindən 44 günlük Vətən müharibəsi zamanı Füzuli şəhərinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qanı, canı ilə tarix yazmış, Azərbaycan Silahlı Qüvvələrinin leytenantı əslən Şuşa şəhərindən olan Həsənov Nurlan Nadir oğlunun əziz xatirəsinə həsr olunmuş tədbir keçirilib.

 

Versus.Az xəbər verir ki, tədbirdə şəhid Nurlan Həsənovun atası Nadir Həsənov, anası Həqiqət xanım, bacısı Gülnar xanım, şəhidimizin həyat yoldaşı, övladları Nurgül və Məhəmməd iştirak edib.

 

Tədbirdə Qəbələ şəhərindən olan şəhidlərimizin anaları, ataları, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü Arzu Əliyeva, Qəbələ Şəhər Şəhid Ailələri Cəmiyyətinin sədri Təranə Alməmmədova, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

 

Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib...

 

Şəhid leytenant Nurlan Nadir oğlu Həsənovun keçdiyi döyüş yolundan, göstərdiyi şücaətlərdən tədbir iştirakçılarına dolğun məlumat verilib.

 

Çıxışlardan sonra şagirdlərin ifasında Şəhidlərimizə həsr olunmuş şeirlər, musiqilər və qısa səhnəciklər təqdim olunub. Təqdim olunan bir çox şeirlər və kompozisiyaların hazırlanmasında Azərbaycan Jurnalistlər Birliyinin üzvü, məktəbli şair-publisist Sevindik Nəsiboğlunun Şəhid Nurlan Həsənovun əziz xatirəsinə həsr etdiyi “Zəfəri nurlandıran Nurlan” adlı kitabından istifadə olunub. “Nurgülün atasına məktubu” kompozisiyası tədbir iştirakçılarına kövrək anlar yaşadıb.

 

Tədbir iştirakçılarına üzrlü səbəbdən tədbirdə iştirak edə bilməyən gənc yazar Sevindik Nəsiboğlunun şəhidimizin haqqında yazdığı məqalələrinin “Kredo” qəzetində dərc olunmuş nüsxələri və “Zəfəri nurlandıran Nurlan” adlı kitabı hədiyyə olunub. 

 

Şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş Xarıbülbül rəqsi tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Şəhidimizin ailə üzvləri tədbiri təşkil edənlərə və şəxsən məktəbin Uşaq Birlik Təşkilatı rəhbəri Ramella xanım Quliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

 

 

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...